“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tarixi hadisədir. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsini qalibiyyətlə başa vurdu. Azərbaycan xalqının apardığı Vətən müharibəsi işğalçı Ermənistanın məğlubiyyəti ilə sona yetdi. Xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi nəticəsində işğalçı Ermənistan rəzil duruma düşdü. Əminəm ki, Azərbaycan döyüş meydanında qazandığı uğurları diplomatik sahədə də davam etdirəcək”.
Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünün təmin olunması sahəsində qarşısına qoyduğu bütün strateji hədəflərə nail olub: “Təslimçilik aktına imza atmış Ermənistanın artıq hansısa şərtlə çıxış etmək şansı da qalmayıb. Bundan sonra işğalçı Ermənistanın törətdiyi çoxsaylı cinayətlərə görə cavab verməsi üçün mühüm addımlar atılmalıdır”.