Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyənin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı arasında telefon danışığı olub.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, telefon söhbətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatlar müzakirə edilib.