“Altı siyasi partiyanın Yeni Azərbaycan Partiyasına (YAP) qoşulması çox ciddi hadisədir və ölkədə gedən siyasi proseslərin məntiqinə söykənir”.
Bu fikri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanda ayrı-ayrı siyasi partiyaların bu gün məhz ölkə başçısının Sədri olduğu YAP-a birləşməsi heç də təsadüfi deyil: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış qələbə ölkədə milli birliyi gücləndirdi. Düşünürəm ki, bəhs etdiyim məqamlar siyasi partiyaların yeni konfiqurasiyasının nümunəsi kimi cəmiyyətimizdə müsbət qarşılanacaq”.