Fransada nəşr olunan “Le Temps” qəzetində dərc edilmiş məqalədə erməni vandalizmi faktlar əsasında diqqətə çatdırılıb. Yazıda vaxtilə Ermənistanın Kəlbəcərdə qanunsuz məskunlaşdırma aparması vurğulanıb. Müəllif qeyd edib ki, indi Kəlbəcərdə ermənilər hər şeyi söküb aparır, evləri yandırır və ağacları kəsirlər. Məqalədə razılaşmaya uyğun olaraq Kəlbəcərin Azərbaycana təhvil verilməsi, rayonu boşaltmaq üçün Azərbaycanın Ermənistana noyabrın 25-dək vaxt verməsi diqqətə çatdırılıb.