Azərbaycanda parlament seçkilərinin keçirilməsinə hazırlıq işləri yüksək səviyyədədir.
Bunu Secki-2020.az saytına açıqlamasında MDB müşahidə missiyasının üzvü Oleq Kuleba deyib.
Azərbaycanın altı regionunda dairə və məntəqə seçki komissiyalarında olduğunu, deputatlığa namizədlərlə görüşdüyünü bildirən MDB müşahidə missiyasının üzvü deyib: “Görüşlər zamanı da təşviqatla bağlı heç bir şikayətə və ya mənfi hala rast gəlmədim. Namizədlərin də bir-biri ilə bağlı hər hansı şikayəti qeydə alınmayıb”.
Seçkiyə hazırlıq prosesinin onda müsbət təəssürat yaratdığını qeyd edən O.Kuleb bildirib: “Tam əminliklə deyə bilərəm ki, seçki prosesi qanunvericiliyə uyğun aparılır”.