Milli Məclisin Sədri ilə ATƏT Parlament Assambleyasının prezidenti arasında telefon danışığı olub

Milli Məclisin Sədri ilə ATƏT Parlament Assambleyasının prezidenti arasında telefon danışığı olub

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.