Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib

İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Srebrenitsa qurbanlarının Anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaq.