Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycan parlamentinin üzv olduğu beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Secki-2020.az saytının xəbərinə görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. O bildirib ki, Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara parlament seçkilərini izləmək üçün rəsmi müraciət göndərilib: “Milli Məclis tərəfindən AŞPA, ATƏT PA, MDB PA, QDİƏT PA, TÜRK PA , İƏT PA və GUAM PA-ya seçkiləri izləmək üçün rəsmi müraciət göndərilib. Ancaq Avropa Parlamentinin üzvü olmadığımız üçün onlara müraciət göndərilməyib”.