Özbəkistanın “Kun.uz” və “Interpress.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəzi fikirlərini dərc edib.
AZƏRTAC xəbər verir ki, portallar xüsusilə də dövlətimizin başçısının Ermənistanın mənfur siyasəti, törətdiyi son təxribatlar, təcavüzkar ölkənin müharibəyə hazırlaşması, işğal etdiyi torpaqlarda bütün beynəlxalq konvensiyalara zidd olaraq apardığı qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı fikirlərini təqdim edib.