Bu gün (dünən - red.) biz Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edirik. Seçkilərdə mübarizə aparan namizədlərin sayının çox olması olduqca təqdirəlayiqdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qırğızıstandan olan beynəlxalq müşahidəçi Qurmanbek Dilkanbayev deyib.
Müşahidəçi bildirib ki, səsvermə prosesinin qanunauyğun şəkildə keçirilməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb. “Seçkilər çox şəffaf keçirilib. Seçicilər öz hüquqlarından rahat şəkildə istifadə edib, dəstəklədikləri namizədlərə səs veriblər. Müşahidələrim zamanı hər hansı qayda pozuntusuna rast gəlmədim”, - deyə o əlavə edib.