Avstraliyanın nüfuzlu “SBS news” portalında yerləşdirilmiş məqalədə Dağlıq Qarabağ münaqişəsindən, Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən bəhs edilir. Məlumatda qeyd edilir ki, hazırda Kəlbəcəri tərk edən ermənilər həmin ərazilərdəki azərbaycanlılara məxsus evləri yandırırlar.
Yazıda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərin 99 faizinin, evlərlə yanaşı, xəstəxanaların, məktəblərin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirib və buna görə Ermənistanın kompensasiya ödəyəcəyini vurğulayıb.
Məqalədə, həmçinin Ermənistandakı xaotik vəziyyətdən və məğlub Paşinyana yönəlik istefa çağırışlarından bəhs olunur.