“Zeit Online”: Azərbaycanın hərbi qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan məğlub oldu

“Zeit Online”: Azərbaycanın hərbi qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan məğlub oldu

Azərbaycanın Vətən müharibəsində qazandığı inamlı qələbəsi ilə əlaqədar məqalənin dərc edildiyi informasiya resurslarından biri də Almaniyanın “Zeit Online” portalıdır. Məqalədə vurğulanır ki, Azərbaycanın hərbi qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan məğlub oldu.
Yazıda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tarixi faktlar və xronoloji ardıcıllıq da öz əksini tapıb. Vurğulanır ki, Azərbaycan Ordusu Ermənistanın 1990-cı illərin əvvəllərində işğal etdiyi şəhər və rayonları, o cümlədən tarixi Şuşanı azad etdi. Üçtərəfli bəyanat haqqında məlumatın verildiyi məqalədə məğlub Ermənistanda siyasi qarşıdurmaların başlamasına da diqqət çəkilib.