“Azercell Telekom” MMC COP29-un telekommunikasiya tərəfdaşı elan edilib
31.10.2024 [21:43]
Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC COP29-un telekommunikasiya tərəfdaşı seçilib. Bu, COP29 Azərbaycan Əməliyyat Şirkətinin rəqəmsal inklüzivliyə sadiqliyini vurğulamaqla yanaşı, şirkətin bütün əməliyyat sahələrində dayanıqlılığa üstünlük verdiyini bir daha sübut edir.
“Azercell” MMC telekommunikasiya sənayesində dayanıqlılıq və innovasiyalara sadiqliyi ilə seçilən əsas şirkətlərdən biridir. 2017-ci ildən etibarən “Azercell” ölkə ərazisində stasionar yaşıl baza stansiyaları quraşdırır. Belə ki, təkcə Qarabağ bölgəsində 35 baza stansiyası günəş enerjisi ilə işləyir və bu stansiyaların iş vaxtının 60 faizini bərpaolunan enerji mənbələri təmin edir. Bundan əlavə, BMT-nin Qlobal Sazişinə qoşulan “Azercell” şirkəti həm də GSMA Assosiasiyasının İqlim Fəaliyyəti üzrə işçi qrupunun üzvüdür. Bu isə onun Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) sadiqliyini, eləcə də telekommunikasiya sahəsində fəaliyyət göstərən digər maraqlı tərəfləri öz dayanıqlılıq səylərini sürətləndirməyə təşviq etməkdə şirkətin oynadığı rolu daha da gücləndirir.
“Azercell” şirkətinin “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” şüarlı missiyası və Azərbaycanın telekommunikasiya sektorunda lider olmaq məramı onun həm dayanıqlılıq, həm də ətraf mühit resurslarından rasional istifadə üzrə qəti əzmkarlığını əks etdirməklə yanaşı, çoxsaylı Dayanıqlı İnkişaf Məqsədləri ilə yaxından uzlaşır. Enerjiyə qənaət edən texnologiyaları tətbiq etmək, bərpaolunan enerjidən istifadəni artırmaq və rəqəmsal inklüzivliyə prioritet verməklə, “Azercell” şirkəti mobil rabitəni genişləndirməklə yanaşı, onun ekoloji təsirini də fəal şəkildə minimuma endirir. Bu il şirkət sözügedən sahələrdə şəffaflıq və irəliləyişi vurğulayan ilk ESG hesabatını dərc edib.
Bu il COP29-un tərəfdaşı seçilməklə “Azercell” şirkəti təsdiq edir ki, Azərbaycanın aparıcı mobil operatoru kimi onun üzərinə düşən vəzifə dayanıqlı inkişafı təşviq etmək və həm texnologiya, həm də rəqəmsal transformasiyanın aşağıkarbonlu iqtisadiyyatı necə dəstəkləyə biləcəyinə dair daha geniş dialoqa töhfə verməkdir. Bu tərəfdaşlıq sayəsində şirkət dayanıqlı təcrübələrə sadiqliyini nümayiş etdirməklə yanaşı, digər innovativ texnologiya şirkətləri ilə əməkdaşlıq əlaqələri qura biləcək.
Tədbir çərçivəsində yaradılan imkandan istifadə etməklə, COP29 ilə tərəfdaşlıq edən şirkətlər qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərdə iştirak edəcək, dayanıqlılıq səylərini ön plana çıxaracaq və iqlim fəaliyyətini öz əsas biznes sahələrində də dəstəkləmiş olacaqlar. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər həm ekoloji siyasətlərin tətbiqində, həm də 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm və həlledici rolu bərabər şəkildə nümayiş etdirə biləcək.
COP29-un özəl sektor üçün xüsusi məkanı olan Yaşıl Zonada iqlimyönümlü həll variantlarını nümayiş etdirən bir sıra qlobal şirkətlər müxtəlif proqramlar, o cümlədən təqdimat, seminar və qarşılıqlı əlaqələrin qurulması vasitəsilə öz əlaqələrini və iqlim fəaliyyətlərini genişləndirəcək. Həmçinin iştirakçı şirkətlər daha geniş tanınma, habelə əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması üçün teatral auditoriya formatlı konfrans zalları və müxtəlif iclas otaqlarından istifadə etməklə öz tədbirlərini təşkil edə biləcək.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova “Azercell Telekom” MMC-nin telekommunikasiya tərəfdaşı elan edilməsi ilə bağlı bunları bildirib: “Mən məmnuniyyətlə bildirirəm ki, “Azercell Telekom” MMC COP29-un telekommunikasiya tərəfdaşı seçilib. Azərbaycanın ən böyük mobil operatoru olan “Azercell” şirkəti telekommunikasiya məkanında nüfuzlu söz sahibi olan maraqlı tərəfdir. Texnologiya sahəsində mühüm danışıqlar aparan “Azercell” şirkəti bu tərəfdaşlıq sayəsində iqlim fəaliyyətlərini dəstəkləmək əzmkarlığını nümayiş etdirə biləcək”.
COP29 ilə tərəfdaşlığa toxunan “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova isə qeyd edib ki: “Azərbaycanın aparıcı mobil operatoru və ölkədə rəqəmsal mühitin formalaşmasında mühüm rol oynayan şirkət kimi, “Azercell” həm cəmiyyət, həm də ətraf mühit qarşısında məsuliyyət daşıdığını dərk edir. Biz ekoloji cəhətdən təmiz texnologiyalar və bərpaolunan enerji həllərini təkmilləşdirməyə sadiqik və fəal şəkildə ekoloji təsirlərimizi minimuma endirməyə çalışırıq. Qlobal iqlim təşəbbüslərini dəstəkləməklə, biz daha yaşıl gələcəyə töhfə verir və yeni korporativ liderlik standartını müəyyən edirik. Biz birlikdə daha dayanıqlı və davamlı gələcək qururuq!”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

