Əməkdaş jurnalist vəfat edib
23.05.2024 [19:20]
Əməkdar jurnalist, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.
Mətbuat Şurası bununla bağlı nekroloq yayıb.
"Azərbaycan mətbuatının tanınmış nümayəndələrindən olan respublikamızın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə, sənət dostlarına dərin hüznlə başsağlığı veririk.
Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb. 1990-cı ildə nəşrin “Lenin yolu” adının dəyişdirilib özünə qaytarılması naminə böyük əmək sərf edib. Bu, sabiq SSRİ-nin mövcud olduğu dövrdə cəsarətli mövqe nümayişi idi.
Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan B.Hüseynov yaradıcı gəncləri bir araya toplayıb və “Ağdam” qəzetinin fəaliyyətində yeni cığır açıb. Onun sayəsində nəşrdə doğma diyarın problemlərinin həllini, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsini, ümumən milli mənlik şüurunun dirçəldilməsini hədəf seçən çoxsaylı materiallar yayımlanıb. Jurnalist çətin müharibə şəraitində Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində yorulmaz fəaliyyət göstərib.
B.Hüseynov jurnalistikaya yüksək sədaqəti ilə seçilib, örnək olub. O, peşənin güc və imkanlarını cəmiyyət və dövlət üçün səfərbər etmək baxımından da daim sözünü deyib, bu keyfiyyətinə, həmçinin səmimiyyətinə, qayğıkeşliyinə görə hörmət və rəğbət qazanıb.
Bəbir Hüseynovun vəfatından kədərləndiyimizi bildirir, bir daha mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini bölüşürük.
Allah rəhmət eləsin!",- nekroloqda deyilir.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03

