İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib YENİLƏNİB
04.06.2024 [13:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana rəsmi səfərinin əhəmiyyətinə toxundu. Prezident İlham Əliyev bu gün Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını dostluq və qardaşlıq münasibətlərimizin nümayişi kimi dəyərləndirdi. Dövlətimizin başçısı təməlqoyma mərasiminin iyunun 4-də keçirilməsinin rəmzi xarakter daşıdığını deyərək, məhz 1996-cı ilin bu günündə “Şahdəniz” yatağına dair sazişin imzalandığını qeyd etdi. Azərbaycan Prezidenti günəş və külək stansiyalarının təməlinin qoyulmasının təkcə enerji sahəsində deyil, ümumilikdə, ölkəmizin inkişafında yeni bir mərhələ olacağına əminliyini bildirdi.
Dövlətimizin başçısı əməkdaşlığımızın genişlənməsində şəxsən Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın və Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin verdiyi töhfəni yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla əməkdaşlıq etməsinin önəmini vurğuladı, qazıntı yanacağı layihələri və COP29 ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti bütün bunların ölkələrimiz arasında güclü tərəfdaşlıq işinə xidmət etdiyini və dostluq əlaqələrimizin göstəricisi olduğunu dedi.
Sultan Əhməd Əl-Cabir Bakıya səfərindən, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərində iştirak və burada çıxış etməsindən, həmçinin təməlqoyma mərasimində iştirakından böyük məmnunluq hissi keçirdiyini vurğuladı. Qonaq qeyd etdi ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti həmişə bildirir ki, o, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirmək əzmindədir. Sultan Əhməd Əl-Cabir ölkəsinin daim Azərbaycan ilə bir yerdə olacağını dedi.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

