Azərbaycan Fransanı geri çəkilməyə məcbur etdi
05.06.2024 [13:57]
Filankəs O.qızının növbəti kədəri
Ötən gün sosial mediada Filankəs O.qızının (Biz onun adı ikrah doğurduğu üçün, atasının adını isə övladına görə lənətlənməsin deyə yazmırıq) efirində keçmiş səfir Arif Məmmədovla müsahibəsində səslənən bir çox fikirlər onun üçün olduqca məyusedici və kədərli notlarla bitdi. Mövzuda söhbət Filankəs O.qızının uzaq Asiyada yerləşən Fransanın müstəmləkəsi - Yeni Kaledoniyaya Azərbaycanın siyasi dəstəyi və humanitar yardımlarını gözdən salmaq, bu siyasəti tənqid etmək məqsəd və niyyətindən gedir, ancaq bütün bu cəhdlər biabırçılıqla alt-üst oldu.
Filankəs O.qızı müsahibini cidd-cəhdlə Azərbaycanın ada dövlətlərinə yardımı və bu bölgə ilə bağlı yürütdüyü siyasəti pisləməyə təhrik etsə də, Arif Məmmədov provokasiyaya uymayaraq kifayət qədər soyuqqanlı və məntiqli fikirlərlə cavab verərək onu pərt və məyus vəziyyətinə saldı.
Filankəs O.qızı inadla və təkidlə bildirir ki, “ada dövlətləri bizə nə verir, adalar “çirkli pulların yuyulması”, “kölgə iqtisadiyyatı” deməkdir, burada şell şirkətlər yaradılır və əslində məqsəd pulu bura köçürüb “silməkdir”.
“Ada dövlətlərindən biri olan Yeni Kaledoniyada Azərbaycan bayraqlarının asılması da siyasi dəstək yox, hansısa qara biznes qurmağa hesablanıb” (video 6:55- 11:35) sualına keçmiş səfirin “Yeni Kaledoniyada baş verənlərin arxasında Fransaya təzyiq niyyətləri dayanır və əslində bu, düzgün siyasi xəttdir və Fransa bunun qarşılığında geri addım atmağa başladı” ritorikasının qarşısında müsahibə götürən şəxs gözləmədiyi şok duruma düşür. Keçmiş səfirin “Son zamanlar Fransa öz mövqelərindən geri çəkilməkdədir. Bu, həqiqətən də böyük effekt verdi və Yeni Kaledoniyada baş verən etirazlar fonunda siyasi vəziyyətin mürəkkəbləşməsi Fransanı danışıqlara getməyə məcbur etdi və nəticədə bundan qazanan Azərbaycan oldu” fikirləri Filankəs O.qızının sifət cizgilərində kədər ovqatını artırır.
A.Məmmədovun “Azərbaycanın bu addımları Fransanı hakimiyyətini, dövlət başçısını əməlli-başlı narahat etdi, Paris Yeni Kaledoniya ilə yanaşı, Korsikada da geri addımlar atdı, yeni Konstitusiyanın üzərində başlanmış işlər bu muxtar bölgəyə daha geniş azadlıqların verilməsini nəzərdə tutur” sözlərinə dözə bilməyən Filankəs O.qızı dirəşməyə çalışır ki, bu baş verənlərin Azərbaycana heç bir dəxli yoxdur və ölkəmizin uğuru deyil. Ancaq Arif Məmmədov tutarlı fakt və mülahizə əsasında onu bu frazada da susqun duruma salır. Bildirir ki, Azərbaycanın uğuru Fransanı ölkəmizə qarşı atdığı bütün addımlardan geri çəkilməyə məcbur etdi. Vaxtilə Fransa ölkəmizə qarşı qətnamələr qəbul edirdi, Qarabağa qanunsuz səfərlərin təşkilinə dəstək verirdi, indi Paris hökuməti geri addım atmaqdadır və səsi çıxmır.
Filankəs O.qızı öz məyusluğunu və verdiyi sualın cavabının doğurduğu şok effektini sığortalamaq üçün “indi Qarabağda erməni yoxdur axı, Fransa səfərlər təşkil etsin” fikri ilə müdaxilə edir, yenə də A.Məmmədovun “onların səfirləri artıq Qarabağa getdi, bu da artıq sərt mövqedən geri çəkilmənin təzahürüdür. Mən görürəm ki, bu proseslərdə geri çəkilən tərəf Fransa oldu” cavabından sonra əməlli-başlı dilxor olur. Söz tapa bilmədiyindən dili dolaşaraq “bilmirəm, mən hər halda nailiyyət görmürəm” deməklə yenə də xain, satqın və anti-milli simasını büruzə verir.
Filankəs O.qızı bu rüsvayçılıqdan sonra özünə haqq qazandırmaq üçün “bizim üçün ən böyük məğlubiyyət ondan ibarətdir ki, bizi növbəti “qara siyahıya” saldılar, zərbə bu dəfə Fransadan yox, başqa bir Avropa ölkəsindən gələ bilər” fikrini ortaya atsa da, yenə də A.Məmmədovun arqumentləri qarşısında pərt vəziyyətə düşür. Keçmiş səfirin “Biz 10 ildir zərbələr dəyəcək eşidirik, ancaq Qərbdən heç bir zərbə-filan dəyməyib. Fransa Senatında hansısa qətnamələr qəbul edilir, sonra da Azərbaycan sərt mövqe göstərəndə Qərb geri addım atır və səsini kəsir” cavabından sonra Filankəs O.qızı “mən burada mübahisəyə girmək istəmirəm, artıq sizin bu məsələ barədə mövqeyiniz məlumdur”, deyərək səsini kəsir.
Bu müsahibədə öz istədiyinə nail olmayan, Fransanın və Qərbin diqtəsi ilə Azərbaycana qarşı yeni şou yaratmaq planlarının iflasından isterikaya düşən, üstəlik bir neçə dəfə efirə dəvət etdiyi keçmiş səfirdən “istədiyi cavabı almış”, ancaq bu dəfə əksinə olaraq Məmmədovun Bakının atdığı qətiyyətli əzmkar diplomatiyanın gətirdiyi davamlı uğurları təkrarlaması Filankəs O.qızında soyuq duş effekti yaratdı.
Qəzənfər
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45

