Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / HƏM “ŞUMER”, HƏM ETRUSK TÜRK İDİ, HƏR İKİSİ TÜRKCƏ DANIŞIR, TÜRKCƏ YAZIRDI

HƏM “ŞUMER”, HƏM ETRUSK TÜRK İDİ, HƏR İKİSİ TÜRKCƏ DANIŞIR, TÜRKCƏ YAZIRDI

16.07.2024 [10:12]

İyunun 18-də ABŞ-da həmyerlimiz Tariyel Azərtürkün “Genesis of the Sumerian and Etruscan Turks and Their Languages. Based on Cuneiform and Etruskan Skript” (Şumer və Etrusk Türkünün mənşəyi və onların dili. Mixi və Etrusk yazıları əsasında) adlı böyük həcmli (873 səh.) kitabı çapdan çıxıb.

Bu böyük uğuru münasibətilə müəllifə qəzetimiz adından təbrik göndərməklə yanaşı, ondan kitabın məzmunu barədə oxucularımıza məlumat verməsini də xahiş etdik.

Bu, Azərbaycan türk dili tarixinin dərinliyinə, genişliyinə baş vurmaq üçün çox riskli cəhddir, fəqət ilk cəhd deyildir. Gil lövhələri oxuyub orada türklük axtarmaq yönündə ilk cəhd müəllif tərəfindən hələ 1997-ci ildə doğma Azərbaycan dilindəki 472 səhifəlik “Əcdad” (Sietl) kitabı ilə edilmişdi. O kitab respublikada böyük rezonans doğurdu. Türk dilinin şumer deyilən dövrlərdə mövcud olduğu faktını şüurlara tam yeritməsə də, kitab Azərbaycan ictimai şüurunun oyanmasında böyük rol oynadı. Kitabın öz missiyasını tam yerinə yetirə bilməməsi isə maddi məhdudiyyət səbəbindən özüm tərəfindən cəmisi 100 ədəd buraxılmasında idi. Geniş oxucu kütləsi onun yalnız sədasını eşidə bildi.

2012-ci ildən başlayaraq mixi yazılı mətnlərdən yeni tərcümələrimin də daxil edildiyi materialları bu dəfə rus dilində yazmağı qərarlaşdırdım. Və sonda ağır, sanballı, 1300 səhifəlik “Qenezis Törka i Törkskoqo Əzıka. Na Osnove Klinopisi” (Türkün və türk dilinin mənşəyi. Mixi yazılar əsasında) kitabını 3 il ərzində dalbadal Bişkek (2017), Nyu York, Sankt-Peterburq (2018) və Bakıda (2019) nəşr etdirdim.

Kitabın rus dilində olması çox oxucuları narazı salsa da, Azərbaycan tarixinə və dilinə daima irad tutanları, yersiz hücum çəkənləri susdurmaq üçün elə qərar verdim.

Cəmi bir neçə yüz lövhədən olunmuş tərcümələrdən boylanan atalar sözlərindən nümunələr:

“SINNƏ, ABA, ƏSMƏR SİNMƏ, GİR VƏ RƏDNƏN SÜPÜR”.

Saçın, saqqalın əsmərkən (qaraykən) qocalığa sınma, girdinsə, nə qəm, gir və rəddinlə (izinlə) onu süpür.

*Xalçaçılıqda:

“ENƏN QILI ÇAL, DİNC İRMƏZ, HALÇIYA U ENƏN ÜCİ HARA ATAR.”

- Enən qılı (ipi) kəs, dinc durmaz, u enən ucu xalçaya hara (rəqsvari dalğa) atar, yəni naxışın həndəsi dəqiqliyini pozar.

*Astronomiyada:

“İSSİTMƏZ MARSI İŞŞIQI QATE DÜŞŞÜRSƏ”

Söhbət Marsa yaxınlaşan quyruqlu ulduzdan (kometadan) gedir. Nə qədər od püskürsə də, istisi Marsa təsir edə bilməz. Bunu gil lövhəyə altı min il əvvəl babilli dahi astronomumuz ENLİL İSMƏ qazıyırdı öz rəsədxanasında. O, Aristoteldən 4500 il əvvəl Yerin kürə şəklində olduğunu iddia edirdi:

“U Kİ ALƏM (KAİNAT) İÇTƏ BİR KÜRRƏDİ YER A !”

Əsər bizim altı min il bundan öncə yaşamış ENLİL İSMƏ DAĞAN adlı ulumuzun geniş biliyinin və elm sahəsindəki gərgin əməyinin nəticələrinin toplusudur. Kitabın “ENLİL İSMƏ DAĞAN şair kimi” fəslində onun əməyə, şuma, bahara, məhsula, əkinə, çörəyə, dostluğa həsr olunmuş üç şeiri verilir. Poetik janr bucağından baxdıqda onları həm də qəzəl adlandırmaq olar.

Şairin cavan anasının ölümünə həsr etdiyi azman poemadan bir parçının tərcüməsi yetir ki, ana itgisini ağır yaşayan alim oğulun dərdini minilliklərin arxasından belə anlaya biləsən.

Riyaziyyatçı kimi ENLİL İSMƏNİN rəhbərliyi ilə yaradılmış vurma cədvəli (bu cədvəlin altındakı sözlərdə deyilir: “ ... (?-TA) ildə Ulu Enlillə [tərtib edilib]”) də olduqca maraqlıdır. Bu cədvəldə 1-dən 11-ə kimi rəqəmlər bir-birinə vurulur. Vurulan rəqəmlər və cavablar var. Cədvəlin tərtibçisi vuran rəqəmləri tapmağı şagirdin öz ixtiyarına buraxır (məs., 5 ara ? = (babbardu) 25). İkinci 5-i uşaq özü tapmalıdır.

Filosof qismində kiçik bir medalyon üzərinə qazdırdığı aforizm bizim açmamızda belə səslənir:

“İgitliyim pat eşiya, Dağan, u gur xanadumu, isarlıyım?

İri ila bedi u, Dağan !”

(İgidliyim (hünərim) bərq vuran (şüalanan) almaz qaşımı, zəngin xanamı (ev) ki, Dağan, onu hədiyyə edim? Nadir, iri ucalığımdır o, Dağan!)

Sonrakı 5-ci fəsil Enlil İsmənin astronomik tədqiqatlarının nəticəsidir. Kitabda həcmcə böyük (83 səh.) bölmə olan bu fəsildə antik alimin səma cisimləri və yerdə apardığı müşahidələr əsasında gəldiyi nəticələr bugünkü elm adamını şoka salmağa qadirdir. Onun bir sıra kəşfləri elmin müasir müddəaları ilə üst-üstə düşür. Məsələn, deyək ki elə ilk şeirindən o, ata-anasına, onların yaşadıqları elə baş çəkmək lazım gəldiyini yazır. Çünki o eldə:

“Elə namdar ark atı seysim elat şamamı.

Ana, ata anım, Enlil, u yerdə ina kayşadı...”

yəni:

Məlum eldə (ona məlum eldə) elatın seysmik durumu xəstəhaldır.

Ana, ataya baş çəkmək lazımdır. Çünki o yerin (ata yurdu) süxurlarında çatlar baş verməkdədir.

Yaxud Ay tutulmasının təsviri:

“Yer, Ay yannıtu Şəməşə - cığrı it damı ana. Libb ışı.”

Yer və Ay eyni anda Şəməşə - Günəşə yan aldıqda Səma Ay üçün çığrıya (tələyə) çevrilir. Ona görə Ayın işığı sönür, kəsilir (libb).

Və ya: Onun dövründə Baharın girmə anında iştirak edən Qoç bürcünün o anlarda hərəkətinin onun rəsədxanasından təsviri özünün elmliyi ilə çox təəccüblüdür:

“Erkec gələ ukte bitmez yulda şimala itir,

Ultu muheyyic, küsir ana, Qaqqarun taxtı.

Ultu qaqqarlu. Şeşir, inə inəsüdü matı izə anun...”

“Qoç bürcü trayektoriyası yolunda maneəyə rast gəldikdə şimala itələyir.

Həyəcanlı oldumu, küsür maneədən, qaqqarun taxır (burnundakı parlaq ulduzu Mesartxim görsənir - T.A.). Bu ulduzla şəşir o və ulduzun matı izinə enir”.

Bu gün bizim üçün maraqlı və möcüzəvi olan bu cür elmi açıqlamalar Amerika professoru M.Voqelzanq tərəfindən insafsızcasına təhrif edilir, “akkad nitqinin ədəbi dil nümunələri” kimi təqdim olunur:

“Ereşkiqal bərkdən və dərdli ağladı,

Taxtdan döşəməyə yıxıldı.

Sonra özünü düzəldib, yerdən qalxdı,

gözlərindən yaşlar sel kimi axdı.

Onun göz yaşları aşağıya doğru yanaqlarına axdı...”

* Növbəti fəsil atda sulu qabar xəstəliyinin təsviridir. Baytar həkimin xəstə ata necə qulluq göstərməli, hansı bitki mənşəli dərmanlardan istifadə etməli, atın gigiynasına necə diqqət yetirməli olduğunu tam ardıcıllıqla yazır.

* O biri fəsildəki yazı ETE ELİ adlı türk vətənində dağ zirvəsindəki dağuna (vulkan) püskürməsinin təsvirdir. Əsərin ilkin deşifrəçisi bu faciəni “Marduka himn” adlandıraraq, həmkarı Voqelzanq kimi mətni təhrif edir. 25 sətrindən 19-u günümüzə çatmış mətn üç min il bundan qabaqkı faciəvi təbiət hadisəsinin dəqiq elmi təsviridir.

Bu fəsildən çıxan nəticələr bizim yeni bir dilə müraciət etməyimizə səbəb oldu. Bu dil düşüncələrimi çoxdan məşğul edən etrusk dili idi. İtaliyanın şimalında - Florensiya əyalətində zəngin mədəni irsi üzə çıxmış etruskların mənşəyi və dili barədə elmi jurnallarda yazılanların çoxu rəvayət səviyyəsindədir. Heç kəs onların kimliyi, dili haqda səhih məlumat vermir.

Ete Elinin ardınca gedərək özüm üçün aşkar etdim ki, qədim yunan müəlliflərinə söykənən müasir dünya elmi Eteokipr, Eteokrit nəsillərindən söz açırlar, yazırlar ki, onlar mənşəcə yunan deyildilər, onlardan qabaq o torpaqlarda yaşamış etnoslar kimi öz əlifbalarında yazılı nümunələr qoyub gediblər. İndiyə qədər o yazıların hansı dildə olduğu qəti təsdiqini tapmayıb. Bu cür məlumatlar Ete Eli tarixi “obrazını” fərdiləşdirir, zənginləşdirir, dəyərini daha da artırırdı. Bir neçə il o yazıları axtardım, nəhayət, əsası hələ 1683-də qoyulmuş, dünyanın ilk ümumxalq muzeyi kimi fəaliyyətə başlamış İngiltərədəki Oksford Aşmolean muzeyində deşifrəsi ilə birgə saxlanan daşüstü yazıların açmasının yalnız türkcə ola biləcəyinə əminlikdən sonra qədim etruskların ardınca Apennin yarımadasına “səyahət etməli” oldum. Vaxtilə Kiprin qədim Amathus xarabalıqlarından tapılmış daşın üstündəki yazı aşağıdakı mənanı verir:

Anam a tori (toru), ümi yese (meqsed qoysa), imu (xidmətçi) ve kulu (qulu) ile toxose arizi (hediyye arto (erte - in time) [ah nece] rat (tez) kaso koose (köçə kəsə [yerinde olar]!

Bundan qabaq Lemnos adasındakı ŞAT ARAS adlı 41 yaşlı cavanın məzar daşı üstündəki yazının türkcə səslənməsi də, Herodotun dediyi kimi, Yunanıstan və Kiçik Asiyada yaşamış Pelasq türklərinin tarixi varlığına yazılı təminat idi. Və onların da yunan tayfalarının Balkan yarımadasına hücumlarından sonra dəniz yolu ilə Apenninə, quru yolla Qərbi, Şərqi, Güney Azərbaycana, Gürcüstan və Orta Asiyaya, hətta Sibirə miqrasiya etdikləri ideyasına işıq salırdı. Oralarda Ete elindən və Karia ölkəsindən qalma toponimlər indi də yaşamadadır.

Kitabda etrusk türklərindən etdiyim 20-yə qədər mətnin tərcüməsi ayrıca fəsil kimi verilir. Orada əsasən şəkillərə izahat kimi cızılmış qısa məzmunlu sözlər diqqəti cəlb edir. Etrusk əlifbasında adətən sağdan sola oxunan kəlmələr türkcə səslənib, şəkildə əks olunmuş hadisələri bütün detalları ilə təsvir edir.

Sonrakı fəsillər yenə də şumerlərlə bağlı mövzulara həsr olunub. Onlar barədə bir məqalədə geniş danışmaq olmur. Odur ki, hər birinin məzmununu bir abzasda izah etməli olacağam:

* Ulularımız gil lövhələrdə “suri nuri” - işıq sürətini ölçürlər. Və qəti müəyyən edirlər ki, boruya düşən işığın sürəti çıxan işığın sürətinə bərabərdir.

* Naxçıvanda İlandağ qayaüstü mətni yerli hakim Sərdar ilə Lidiya hökmdarı Karun (~2750-ci illərdə) arasındakı sazişdən bəhs edir. Türkiyədə indi Kef Kalesi adlanan Yazı Haldini qala şəhərinin Karuna satılması barədəki sazişin türkcə əks-sədasıdır. Sonda sövdələşmə baş tutmur. Sərdar Haldiniyə verdiyi min qızıl pul behi geri alır.

* İ.M.Dyakonovun guya “Urartu” mixi yazısından etdiyi və mənasız söz yığınına çevirdiyi bir neçə mətnin türkcə oxunuşu tarixin çox mətləblərindən xəbər verir. Onlardan biri İrəvan (həmən yazıda İribunye) şəhəri barədə təqribən üç min il qabaq aparılmış ölüm-dirim müharibəsinə həsr olunub. Təkcə elə bu yazı üç azərbaycanlı sərkərdənin ağır müharibə zamanı münasibətləri və Azman qala ilə əhatələnmiş şəhərin bizə məxsusluğu barədə daş qəbalədir.

* Növbəti fəsil, məşhur Amerika şumerşünası Piotr Mikalovskinin dediyinə görə, guya atılmış bir məbədin giley-güzarıdır. Əslində isə gil lövhə üzərindəki yazı 3200 il bundan öncə Həmədanda yaşayıb yaratmış BİDA HƏMMƏDANİ adlı şairəmizin poemasıdır. Orada Kürə, Araza, saza müraciət çox mətləblərdən xəbər verir.

* Növbəti fəsil uluların bazar münasibətlərinin təsviridir. Yəni hansı malı verib hansı miqdarda başqa bir mal almaq olar.

* Həcmcə və informasiya baxımından ən zəngin fəsil babilli şairimiz ŞƏMSİ ƏDƏD ABİ`nin azman poemasıdır. Poemada türkün adı dörd dəfə çəkilir. Yuxarıda haqqında danışdığımız Ete Elinə indiki Səudiyyə Ərəbistanından gəlib orada çoxalmış ərəblərin yerli türklər arasında törətdikləri soyqırımına göz yaşı axıdılır poema boyu. Ete Eli türklərinin dəniz vasitəsilə miqrasiyasından danışılır. Bu, Aralıq dənizi vasitəsilə Apenninə köçüb orada etrusk adını almış Ete Eli türklərinin mənşəyinə işıq salan tutarlı elmi dəlildir.

* Kitabın 662-ci səhifəsində BİKƏ XATUN adlı naməlum şairəmizin azman poemasının tərcüməsi verilib. Poema əsasında ud aləti, Mahur, Rast muğamları barədə məlumat almaq, tarixi türk təqvimini bərpa etmək mümkün olur.

* Növbəti fəsil İranın Luristan vilayətində Kəbir kuh dağındakı qayaüstü yazılı abidənin məzmunu - yerli Türükkü ölkəsinin hökmdarı ANŞAR ilə Hindistandan gəlib qonşuluqda məskən salmış tayfa başçısı - Əhəməni sülaləsinin ilkin lideri Haxameşlin qarşılıqlı münasibətinin təsviridir. Anşar dinsiz-imansız tayfanı Marduka, Ahuraya, Günəşə etiqad bəsləməyə çağırır. Haxameş hər şeyi rədd edir. Bu xüsusdakı təsvir türk-fars münasibətlərinin erkən çağlarına işıq salması baxımından dəyərli materialdır.

* Sonrakı fəsil 1990-cı illərdə Güney Muğanın Xudafərin kəndində tapılmış mumiyaya və onun üstündəki yazının türkcə açımına həsr olunub.

* Bibliyanın “Daniel” adlı kitabında Nəbuhədnəzərin nəvəsi hökmdar Belşəzzərin sarayının divarındakı təsadüfi yazı kimi təsvir olunan “Mənə, mənə...” ifadəsinin təmiz türkcə izahı 2500 illik tarixə səyahətdir. Yazı heç də Nəbuhədnəzərə söyüş-təhqir deyil, o çağlarda baş vermiş tarixi hadisələrin, Kuruşun Babil sarayını mühasirəyə alması və ona müqavimətin inikasıdır.

* Növbəti fəsildə Bahar bayramının tarixi, türkə məxsusluğu yazılı dəlillərlə sübuta yetirilir.

* Mixi mətnlərdən əldə olunmuş faktlarla Muğam tarixinə, muğamatın bir sıra növlərinin mənşəyinə, tarixinə yenidən baxılır, onların min illərdir türk zehninin məhsulu olduğu elmi dəlillərlə göstərilir.

* Digər iki fəsil bir-biri ilə bağlı olub, Aralıq dənizi türkünün tarixinə səyahətdir. Sübut olunur ki, türkün köçüb məskən saldığı yer iki çay arasındakı münbit torpaq olub. Və yeni məskəndə türk özünə yazı yaradıb.

Hazırda biz şumer və etrusk türklərinin şəkilaltı yazılarının açılışına həsr olunmuş 400 səhifəlik kitab üzərində işləyirik. Şəkillər yazıların türk dilində olduğunu sübuta yetirən dəyərli elmi dəlillərdir. Bu kitabın payızda işıq üzü görəcəyinə ümid bəsləyirəm.

Dr. Tariyel Azərtürk

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31