Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azad Ağalıda ilk parlament seçkisinə hazırlıq işləri gedir

Azad Ağalıda ilk parlament seçkisinə hazırlıq işləri gedir

25.08.2024 [15:54]

"125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 33 saylı seçki məntəqəsi Zəngilan rayonunun inzibati ərazisi sayılan Ağalı kəndində yerləşir. 800-dən yuxarı seçisi olan seçki məntəqəsinin hüdudları Ağalı kəndini əhatə edir".

Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 33 saylı Məntəqə Seçki Komissiyasının sədri Allahverdi Nəcəfov deyib.

O bildirib ki, seçki məntəqəsi artıq ikinci dəfədir səsvermə prosesində iştirak edir. A.Nəcəfov vurğulayıb ki, MnSK üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər. Proses MSK-nın Təqvim Planına əsasən aparılıb.

MnSK sədri VII çağırış Milli Məclisə seçkilərin Zəngilanın işğaldan azad edilməsindən sonra ilk parlament seçkisi olduğunu bildirərək, Ağalı kənd sakinlərinin seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edəcəyinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, seçki məntəqəsində səs verəcək seçiciləır arasında ilk dəfə səsvermə hüququ olacaq gənclər də var. 

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31