Parlamentin Gənclər və idman komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
03.10.2024 [23:03]
Oktyabrın 3-də Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi və "Arbitraj haqqında" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Komitə sədri Şahin İsmayılov gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, komitənin qarşıdakı sessiya üçün iş planında büdcə zərfinin və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.
Eyni zamanda, iş planında müstəqil Azərbaycanda gənclər siyasətinin banisi Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğinə, gənclər və idman sahəsinin aktual məsələlərinə həsr olunmuş ictimai dinləmələrin və digər tədbirlərin keçirilməsi, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlər, vətəndaşların qəbulu, ərizə və şikayətlərlə işin təşkili və digər məsələlər nəzərdə tutulub.
Komitə sədri gündəliyin ikinci məsələsi ilə bağlı bildirib ki, qanun layihəsində ümumilikdə 5 məcəllədə və 6 qanunda, o cümlədən “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi təklif olunur. Layihə uyğunlaşdırma xarakterlidir. Belə ki, “Arbitraj haqqında” Qanunun qəbulu ilə yerli arbitraj institutunun yenidən formalaşdırılması, beynəlxalq və daxili arbitrajın həyata keçirilməsi kimi məsələlərlə bağlı yeni tənzimləmələr qanunvericilikdə müvafiq dəyişiklikləri zəruri edir.
Məsələlərin müzakirəsində komitə üzvləri Ülvi Quliyev, Vüqar İskəndərov, Eyvaz Qurbanov, Asif Əsgərov, Müşfiq Cəfərov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək komitənin payız sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndiriblər, iş planı ilə bağlı təkliflərini səsləndiriblər. Onlar qanun layihəsindəki dəyişikliklərin əhəmiyyətini qeyd edərək Azərbaycanda gənclər və idman sahəsinin daha da inkişafının bəzi aktual məsələlərinə və müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə dair fikirlərini bölüşüblər.
Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

