Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
04.10.2024 [11:03]
Oktyabrın 4-də İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dənizkənarı Milli Park boyunca rəmzi 1,5 kilometrlik yürüş təşkil edilib.
AZƏRTAC xəbər verir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi və “Trendyol” şirkətinin dəstəyi ilə keçirilən yürüş qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün təcili tədbirlər görməyin zəruriliyi barədə məlumatlılığı artırmağa yönəlib. Yürüş iqlim fəaliyyəti ilə bağlı kollektiv məsuliyyət və iqlim böhranı ilə mübarizədə həmrəyliyin, etimadın vacibliyini simvolizə edir.
COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva tədbirin açılışını edərək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq və həssas icmaların iqlimə davamlılığını gücləndirmək üçün qlobal və yerli səviyyədə kollektiv səylərin vacibliyini vurğulayıblar.
“Bu gün biz yalnız fərdi olaraq deyil, iqlim böhranını həll etməyə çalışan vahid bir icma kimi addımlayırıq. Bu 1,5 kilometrlik yürüş bizə xatırladır ki, 1,5°C bir seçim deyil, gələcəyimizi və Xəzər dənizi kimi həssas ekosistemləri qorumaq üçün hörmət etməli olduğumuz həddir,” - deyə Vladanka Andreyeva bildirib.
Yürüş hökumət rəsmiləri, BMT nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, əlilliyi olan şəxslər, özəl sektor və gənclər daxil olmaqla müxtəlif sektorlardan iştirakçıları bir araya gətirib. COP29 Məlumat Mərkəzindən başlayaraq Xalça Muzeyinə qədər davam edən yürüş hər kəsin ətraf mühiti qorumaq və iqlim dəyişikliyi ilə mübarizədə rol oynadığını vizual olaraq xatırladıb.
Yürüş noyabr ayında keçiriləcək COP29 öncəsi daha çox təşəbbüskarların birgə fəaliyyət göstərməsinə və müxtəlif maraqlı tərəflərin iqlim fəaliyyəti üçün əlaqələndirilməsinə təkan verib.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

