Bu ilin doqquz ayında Azərbaycanda 405 min 604 hektar əkin sahəsi sığortalanıb
29.10.2024 [14:43]
Azərbaycanda dövlət dəstəyi ilə fəaliyyət göstərən aqrar sığorta mexanizmi üzrə sığortalanan əkin sahələri və fermerlərə sığorta ödənişləri artmaqdadır.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin 9 ayının yekunlarına əsasən cari ildə ölkəmizdə 405 min 604 hektar əkin sahəsi sığortalanıb.
Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri nar və fındıq bağları, qarğıdalı, çəltik, şəkər çuğunduru, buğda, arpa və pambıq sahələri olub.
2024-cü ilin 9 ayı ərzində kənd təsərrüfatı əkinlərinin sığortası üzrə 10 milyon 856 min manat sığorta haqqı toplanıb və 457 milyon manat sığorta təminatı verilib.
Həmçinin bu dövrdə ölkə üzrə 2 380 baş iri və xırdabuynuzlu mal-qara sığorta edilib. Heyvanların sığortası üzrə 1 milyon 412 min manat sığorta haqqı toplanıb, 14 milyon manatdan artıq sığorta təminatı verilib.
Cari ildə bütün ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntılar və digər təbiət hadisələri aqrar sektora dəyən zərərin və sığorta ödənişlərinin artmasına səbəb olub.
Yanvar-sentyabr ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən ölkəmizin fermer təsərrüfatlarına dəyən zərərə görə ümumilikdə 3 milyon 790 min manat sığorta ödənişi edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artıqdır. 2023-cü ilin ilk 9 ayı ərzində fermerlərə ümumilikdə 1,4 milyon manat ödəniş edilmişdi.
Fermerlərə sığorta ödənişlərinin 2 milyon 908 min manatı bitkiçilik, 881 min manatı isə heyvandarlıq sığortası üzrə həyata keçirilib.
Bu il əkin sahələrinə dəyən zərərlər üzrə fermerlərə sığorta ödənişləri 3,7 dəfə artıb. Heyvandarlıq təsərrüfatlarına dəyən zərərlərə görə aqrar sığorta ödənişlərində isə 40 faizdən çox artım baş verib.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir - sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.
Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

