Mikromobillik infrastrukturunun inkişafına dair ictimai dinləmə keçirilib
31.10.2024 [20:16]
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) mobilliyin transformasiyası proqramı çərçivəsində mikromobillik infrastrukturunun inkişafı mövzusunda növbəti ictimai dinləmə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, agentliyin mütəxəssisləri, ekspertlər və media nümayəndələrinin iştirak etdiyi tədbir mikromobillik infrastrukturunun qurulması, inkişafı və təşviqi üzrə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunub.
Tədbirdə AYNA-nın mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov təqdimatla çıxış edərək bu sahədə görülən işlərin əsas istiqamətləri barədə məlumat verib, infrastrukturun qurulması prosesində beynəlxalq təcrübənin nəzərə alındığını qeyd edib. Bildirilib ki, konseptual plan az maliyyə xərcləri ilə qısa müddətdə mövcud yol infrastrukturunda mikromobillik zolaqlarının yaradılmasını nəzərdə tutur: “AYNA tərəfindən mikromobillik vasitələrinin təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bakı şəhərində mikromobillik zolaqları təxminən 32 kilometrə qədər genişləndirilib, əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün zolaqların əlaqəliliyi təmin edilir. Mikromobillik şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur”.
C.Məmmədov qeyd edib ki, hazırda kiçik elektrik nəqliyyat vasitələrinə (KENV) olan maraq artmaqdadır.
“Odur ki, təhlükəsiz hərəkət üçün bu nəqliyyat vasitələri üzrə müəyyən olunmuş qaydalara əməl etmək vacibdir. Qaydalara əsasən, bir KENV-i yalnız bir şəxs idarə edə bilər, təhlükəsizlik baxımından 14 yaşdan aşağı şəxslərə KENV idarə etmək qadağandır. Bundan başqa, xidmətin təkmilləşdirilməsi məqsədilə operatorlarla daimi görüşlər keçirilir, xidmət səviyyəsinin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə tapşırıqlar verilir, gələcək planlamalar üçün statistik məlumatlar toplanır”, - deyə şöbə müdiri əlavə edib.
Son olaraq qeyd olunub ki, AYNA mikromobilliyin təşviqi işinə də xüsusi diqqət göstərir. Məlumatlandırma çərçivəsində mikromobilliyin əhəmiyyəti haqqında mütəmadi maarifləndirmə aparılır, tədbirlər, operatorlarla birgə mikromobillik vasitələrinin istifadə qaydalarına dair ödənişsiz təlimlər, eləcə də, müxtəlif ictimai təşkilatlarla birlikdə maraq qrupları, peşəkar və həvəskar velosipedçilər üçün velosiped turları təşkil edilir. Peşəkar velosipedçilər və digər maraqlı tərəflərlə davamlı əməkdaşlıq həyata keçirilir, əhali arasında mikromobilliklə bağlı rəy sorğuları təşkil olunur.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

