Azərbaycan Könüllüləri Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak ediblər
08.11.2024 [18:01]
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bir sıra silsilə tədbirlər həyata keçirilib.
Azərbaycan Könüllülərinin iştirakı ilə Zəfər Parkına təşkil edilən ekskursiya zamanı iştirakçılar Qələbə rəmzi olan memorial abidəni ziyarət edərək, Vətən müharibəsində Azərbaycanın şanlı ordusunun göstərdiyi şücaətə bir daha şahidlik ediblər.
"Dirçələn Qarabağ - könüllülərin gözü ilə" süni intellekt müsabiqəsində könüllülər Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini rəsm əsərlərində əks etdiriblər. Bu müsabiqə onların yaradıcılığını üzə çıxartmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə baş verən inkişaf proseslərinə maraq oyatmaq məqsədi daşıyıb. Həmçinin, AKTİ-yə üzv təşkilatlar arasında "Zəfər Liqası" mini futbol yarışı təşkil ediləcək. Yarış zamanı müxtəlif könüllü təşkilatlarını təmsil edən komandalar bir araya gələrək idman bacarıqlarını nümayiş etdirəcək.
Azərbaycan Könüllülərinin iştirakı ilə Vətən müharibəsində əldə edilmiş Zəfərin dördüncü ilinə həsr olunmuş “Zəfərin Səsi” musiqili bədii proqram keçirilib. Proqramda Azərbaycan Könüllülərinin – “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının, “Gənc Könüllülər” İctimai Birliyinin istedadlı könüllüləri, tanınmış gənc ifaçılar Cavidan Fatehi və Fərid Mərdin iştirakı ilə özündə vətənpərvərlik hisslərini cəmləşdirən, milli musiqilər səsləndirilib. Həmçinin, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, fotojurnalist Vüqar İbadovun təqdimatında Vətən müharibəsi zamanı çəkilmiş kadr, həmçinin müxtəlif ordu birləşmələri tərəfindən ordu quruculuğu çərçivəsində həyata keçirilən fəaliyyətlər, təlimləri əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.
Azərbaycan xalqının tarixində və ruhunda dərin izlər buraxan Zəfər Günü, ölkəmizin gələcək nəsillərinə vətənə bağlılıq və qəhrəmanlıq mesajını çatdırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı heç vaxt işğalla barışmadı. Azərbaycan xalqı Vətən torpağı üçün hər zaman canını fəda etməyə hazır idi. Biz bir xalq olaraq əyilmədik, sınmadıq, bir amal uğrunda birləşdik və qalib gəldik.”
Bu tədbirlər vasitəsilə Azərbaycan Könüllüləri Vətənə bağlılığını bir daha nümayiş etdirərək, milli birliyimizin nə qədər güclü olduğunu göstəriblər. Keçirilən tədbirlər könüllülərin milli ruhunu yüksəltmək, onları tarixi qələbəmizlə fəxr etməyi və öz köklərinə, torpaqlarına və milli dəyərlərinə bağlılığı artırmaq məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

