Ankarada Zəfər Günü münasibətilə təntənəli tədbir olub
09.11.2024 [10:37]
Ankaradakı “ATO Kongresium” mərkəzində Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Əhməd Cavad İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsini ehtiramla yad ediblər.
“Azərbaycanın Zəfər Günü” adlı sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan danışıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin qətiyyəti və 44 günlük Vətən müharibəsi iştirakçılarının şücaəti sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib və dünyada qalib dövlət kimi tanınıb.
Diplomat qeyd edib ki, Azərbaycan dövlətinin başçısının uzaqgörən və balanslı siyasəti ölkəmizin daha da inkişafı üçün güclü bünövrə və stimul, həmçinin Türk dünyasında konsolidasiyaya təkandır.
Səfir Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlığın sarsılmaz olduğunu vurğulayaraq billdirib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qardaş ölkənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyini unutmayacaq.
“Şəhidlər qarşısında borcumuz Azərbaycanın mövqelərini gücləndirmək və müdafiə etməkdir. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!” – deyə səfir bildirib.
TÜRKSOY-un Baş katibi Sultan Raev tədbir iştirakçılarına müraciətində bildirib ki, 8 Noyabr tarixi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün əlamətdardır.
“Qarabağın azad edilməsi türk xalqlarının qardaşlıq bağlarının və ortaq dəyərlərinin təcəssümü oldu. Azərbaycanın Qələbəsi bizi birləşdirən dirçəliş rəmzinə çevrilib”, - deyə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi vurğulayıb.
Raev Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi haqqında qərarın hazırlanmasına verdiyi töhfədən qürur duyduğunu bildirib.
Təntənəli tədbirdə iştirak edənlər arasında Türkiyənin milli müdafiə naziri, qardaş ölkənin Təhsil və Səhiyyə nazirliklərinin rəhbərləri də olub.
Tədbir çərçivəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ankara Dövlət Opera və Balet Orkestrinin və Türkiyə Prezident Simfonik Orkestrinin iştirakı ilə “Salam Türkün Bayrağına” adlı konsert proqramı keçirilib.
Azərbaycanın Xalq artisti Elnarə Kərimovanın rəhbərlik etdiyi xor kollektivi Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Gərayzadə, Cavanşir Quliyev, Müslüm Maqomayev, Aygün Səmədzadə, Emin Sabitoğlu, Sərdarbek Cumalıyev, Oqtay Zülfüqarovun və başqalarının əsərlərini ifa edib.
“ATO Congresium”un səhnəsində türk dövlətlərinin tanınmış mədəniyyət xadimləri, o cümlədən Azərbaycanın Xalq artisti Azər Zeynalov, Əməkdar artist Xəyyam Məmmədov (kamança) və Xalq artisti Əlixan Səmədov (balaban) çıxış ediblər. Görkəmli Azərbaycan şairi Əhməd Cavadın sözlərinə yazılmış mahnılar səsləndirilib.
Tədbir çərçivəsində Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinə, eləcə də Qarabağ bölgəsinin mədəniyyətinə həsr olunmuş fotosərgi təşkil olunub.
Bundan əlavə, dizayner Gülnarə Xəlilovanın “Qarabağ cizgiləri və Qarabağ qiyafətləri” adlı sərgisi açılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43

