Pirallahıda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib
17.01.2025 [17:28]
Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 35 ili tamam olur. Bu münasibətlə Pirallahı rayonunda yerləşən idarə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və qonaqlar iştirak etmişdilər.
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 35 il keçdiyi qeyd olunmuşdur. Bu dəhşətli hadisənin törədilməsindən bir gün sonra Moskvada Ümummilli lider Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləmiş, faciənin təşkilatçılarını ittiham etmişdir. Məhz bu bəyanatın nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar olmuşdur. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı düşməndən təmizlədi. 44 günlükVətən müharibəsi və Antiterror əməliyyatları nəticəsində Şanlı Azərbaycan Ordusu düşmən üzərində Zəfər qazanmaqla şəhidlərimizin uğruna canlarını qurban verdiyi suverenliyimizi bərpa etdi.
Bütün şəhidlərimizin, o cümlədən xalqımızın qan yaddaşına hopmuş 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Keçirilən tədbirlərdə məktəblilərin təqdimatında 20 Yanvar faciəsinə həsr olunmuş şerlər dinlənilmiş, kompozisiyalar və rəsm sərgiləri nümayiş olunmuşdur.
Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları 20 Yanvar əlillərini ziyarət etmişdir. Görüş zamanı onlara ərzaq bağlamaları təqdim olunmuşdur. 20 Yanvar əlilləri dövlətimiz tərəfindən hər zaman xüsusi qayğı ilə əhatə olunduqlarını qeyd edərək, onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26

