“Konstitusiya və Suverenlik İli” MEK qarşısında da böyük vəzifələr qoyur
30.01.2025 [12:03]
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycan Respublikasının ilk-yeni Konstitusiyasının qəbul edilməsinin 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur.
1995-ci il noyabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq referendum yolu ilə qüvvəyə mindi. İlk Konstitusiya çoxəsrlik ənənələrimizə söykənərək, milli dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir və ölkəmizin milli sərvətidir. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si ölkədə Konstitusiya Günü kimi qeyd edilir.
Müstəqil və suveren dövlətə sahib olan ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dünyada yaşayan bütün azərbaycanlıları sevindirir, ölkənin digər qurumlarında olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının da qarşısında mühüm vəzifələr qoyur.
Belə ki, Azərbaycanın ən zəngin və nüfuzlu kitabxanaları sırasında yer alan AMEA-nın Mərkəzi Elmi Kitabxanası balansında dünya xalqlarının 50-dən çox dilində 1 milyon 500 minə yaxın ədəbiyyatı mühafizə edir. Mərkəzi Elmi Kitabxana olaraq il çərçivəsində qarşımızda duran ən mühüm vəzifələrdən birincisi konstitusiyanın təbliği istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirməkdir. Bu istiqamətdə Mərkəzi Elmi Kitabxanada bir sıra işlər görülür. Bunlardan birincisi ənənəvi və virtual kitab sərgiləridir. Həmin sərgilərdə il boyu konstitusiya, dövlətçilik, suverenlik və qanunvericiliklə bağlı ədəbiyyatlar nümayiş etdiriləcək. Həmin kitabların artıq virtual və ənənəvi formada sərgisi təşkil edilərək öz oxucusunun yolunu gözləyir. Sərgidə 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilən Azərbaycan dövlətinin birinci Konstitusiyası və digər illərdə qəbul olunmuş konstitusiyalarla yanaşı, Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası, ölkənin əsas qanunu, ən yüksək hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının yeni Konstitusiyası, ümumxalq səsverməsində qəbul edilmiş dəyişikliklər, “Azərbaycan Respublikasının Cinayət hüququ”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”, “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun siyasi aspektləri”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları”, “Konstitusiya məhkəməsinin (plenumunun) Qərarları”, “Xarici ölkələrin Konstitusiya (dövlət) hüququ”, “Qanunun aliliyi dövlətin möhkəmliyidir” və digər nəşrlər nümayiş olunur. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası da sərgilənir.
Sevindirici haldır ki, cari ilin avqust ayında həm də Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının yaradılmasının 100 yaşı tamam olur. Bu gün yeni islahatlar mərhələsinə qədəm qoyan MEK-in əsas hədəfləri sırasında “Elektron Kitabxana” konsepsiyası da mühüm yer tutur və kitabxananın yeniləşən fəaliyyətinin ana xəttini dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi təşkil edir.
Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda həm də bir əsr yaşı olan kitabxana haqqında da il boyu eyniadlı sərgi nümayiş etdiriləcək. Hər ayın ilk iki iş günü keçirilən “Açıq qapı” günlərində MEK üzvü olmayan, ölkənin istənilən bölgəsindən, həmçinin xarici vətəndaşlar yaxınlaşaraq həm təşkil edilən sərgilərlə, həm də kitabxana ilə yaxından tanış olub, oxucu kartı da əldə edə bilərlər. Bu sərgilər kitabxananın rəsmi saytında da virtual formada izləyicisinə təqdim edilir.
Tarixə qısaca nəzər salsaq görərik ki, müstəqil və suveren ölkədə yaşamaq hər bir vətəndaşa nəsib olmur. Ölkəmiz Azərbaycan tarix boyu ən ağır cinayətlərə və işğallara məruz qalıb. Azərbaycan 30 ildən artıq müharibə şəraitində yaşayaraq torpaqları işğal altında qalan, suverenliyi və ərazi bütövlüyü pozulan ölkə olmasına baxmayaraq, mübarizə əzmi qırılmayan və daim inkişaf edən bir ölkəyə çevrilib.
2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfərdən sonra bir daha şahid olduq ki, 30 ildən sonra şəhidlərin qanı yerdə qalmadı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində möhtəşəm qələbə qazandı. Xalq öz Prezidentinin ətrafında yumruq kimi sıx birləşdi və öz suverenliyini bir daha bərpa etdi. Azərbaycan bütün dünyaya öz gücünü, birliyini, suveren olmaq istəyini yenidən bəyan etdi. Buna görə biz suveren Azərbaycanın xoşbəxt vətəndaşlarıyıq.
Bu gün artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bötövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib. Müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan islahatlar, bərpa, yenidənqurma işləri, həyat və yaşayış üçün ən ümdə məsələ olan yeni infrastrukturun qurulması, həyata keçirilən digər hüquqi islahatlar və dövlət tərəfindən atılan digər bu kimi müsbət addımlar ölkənin getdikcə artan iqtisadi uğurundan xəbər verir. Tarixi torpaqlarımızın işğaldan azad olunması, dövlət tərəfindən bu ərazilərdə bərpa prosesinin başlanması, o torpaqların əsl sakinlərinin Böyük Qayıdış hərəkatı ilə öz doğma yurdlarına-Qarabağa qayıdışının uğurla davam etdirilməsi şəhid qardaşı və keçmiş məcburi köçkün ailəsi olaraq məni də qəlbən sevindirir. Bu münasibətlə dövlət başçısına dərin minnətdarlığımızı bildiririk.
Yaxşı ənənələrin müsbət davamı olur. Bu baxımdan bütün ömrünü xalqının xoş günlərinə həsr edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı, Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqın nümayəndəsi olan çoxsaylı elm adamının da rifah halının yaxşılaşması, insan hüquq və azadlıqlarının inkişafını diqqətdə saxlaması aparılan uğurlu siyasətin növbəti müsbət təzahürüdür.
Tam əminliklə qeyd etmək olar ki, təzə qədəm qoyduğumuz 2025-ci il ölkəmizdə dövlətçilik tariximizin yeni başlanğıc mərhələsinə çevriləcək və harada yaşamasından asılı olmayaraq soydaşlarımızı bir amal ətrafında daha da sıx birləşdirəcək.
Hüseyn Hüseynov,
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru, dosent
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

