Avropa və türk standartlarının tətbiqinə dair müzakirələr aparılıb
05.02.2025 [16:15]
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən Milli Zəmin Təhlükəsizliyi İnstitutunun (UZGE) rəhbəri, dosent Gültekin Coşkunla görüş keçirilib.
AzMİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Mehmet Şimşir, o cümlədən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri də iştirak ediblər.
Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, xidmət sahələri, ölçmə və kalibrlənmə imkanları, mövcud kalibrlənmə və yoxlanılma laboratoriyaları, o cümlədən yeni yaradılan etalon laboratoriyaları barədə məlumat verilib.
Daha sonra UZGE-nin rəhbəri Gültekin Coşkun tətbiq edilən mühəndislik və təhlükəsizlik standartlarının inkişafından söz açıb, dövlət və özəl sektorlarda binadaxili döşəmələrdə sürüşmə tezliyinin ölçmə metodları və istifadə olunan avadanlıqlar, həmçinin ölçmələr zamanı əsas tutulan beynəlxalq standartlardan bəhs edib.
Görüş çərçivəsində piyada infastrukturunun təhlükəsizliyi üzrə EN 16165 “Piyada səthlərinin sürüşməyə davamlılığının təyini - Qiymətləndirmə üsulları”, TS 13882 “Piyada səthlərinin təsnifatı qaydaları – Ümumi tələblər və qiymətləndirmə üsulları”, EN 14231:2003 Təbii daşların sınaq üsulları – Riyazi rəqqas ilə sürüşmə müqavimətinin təyini”, EN 13036-4:2011 “Yol və aerodrom səthinin xüsussiyətləri – Sınaq üsulları – Hissə 4: Səthin sürüşmə müqavimətinin/sürüşkənliyin ölçülməsi üsulu – Riyazi rəqqas ilə sınaq üsulu” Avropa və türk standartlarının tətbiqinə dair müzakirələr aparılıb.
Bundan əlavə, AzTU və TAU -da təhsil alan tələbələrin AzMİ-nin laboratoriyalarından istifadə etməklə elmi-tədqiqat işləri aparması, həmçinin metrologiya sahəsi üzrə yeni layihələrin hazırlanması və bu sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən müvafiq sahədə beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi məsələlərinə nəzər salınıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

