/ / İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Məmmədli kənd ərazi təşkilatının təsis iclası keçirildi
İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Məmmədli kənd ərazi təşkilatının təsis iclası keçirildi
08.02.2025 [18:00]
İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Məmmədli kənd ərazi təşkilatının təsis iclası keçirilib.
Tədbirdə İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev, sədrin müavini Məmi Atakişiyev, İdarə heyətinin üzvü Famil İmanov, Aparat rəhbəri Murad Seyidov, rayon ağsaqqallar şurasının mətbuat orqanı olan "Xalq sözü" qəzetinin baş redaktoru Nizami Aslanoğlu və Məmmədli kənd ağsaqqalları iştirak edirdi.
Tədbiri giriş sözü ilə İmişli rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev açdı. İlk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin və dünyasını dəyəşən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Vahid Tağıyev dövlətimizin apardığı uğurlu daxili və xarici siyasəti xatırladaraq Azarbaycanın artan qüdrətindən, beynəlxalq nüfuzundan danışdı. Milli- mənəvi dəyərlərimizin atributlarından biri olan Azərbaycan ağsaqqalları həmişə olduğu kimi bu gün də dövlətimizə sədaqətlə xidmət edir, uğurların iştirakçısı olmaqla bərəbər onların təbliğatçısıdır. O, İmişli Rayon Ağsaqqallar Şurasına Saleh Səmədovun rəhbərliyindən sonra rayonda şuranın təşkilatlanmasının sürətlənməsi, xeyriyyəçilik tədbirlərinin genişlənməsi, vətəndaşların müraciətlərinə uyğun məsələlərin operativ həll edilməsi və nəticə etibarı ilə ağsaqqalların nüfuzunun daha da artması barədə tədbir iştirakçılarına məlumat verdi.
Sonra çıxış edənlər: İmişli Rayon Ağsaqqallar Şurası sədrinin müavini Məmi Atakişiyev, Rayon Ağsaqqallar Şurası İdarə heyətinin üzvü Famil İmanov, "Xalq sözü" qəzetinin baş redaktoru Nizami Aslanoğlu və başqaları müzakirə olunan məsələlərə öz münasibətlərini bildirərək qarşıdakı dövrdə ağsaqqalların daha aktiv fəaliyyət göstərəcəklərinə böyük inamlarını ifadə etdilər.
Aparat rəhbəri Murad Seyidov şuranın əsasnaməsinin müvafiq maddələri və təşkilati məsələlər haqqında məlumat verdi. Əsasnaməyə uyğun olaraq açıq səsvermə yolu ilə: Ələkbərov Eyvaz Əsgər oğlu, Mustafayev Eldar Əliheydar oğlu, Zeynalov Balay Məmməd oğlu, Məmmədov Abduləli Umut oğlu, Səfərov Ramiz Əli oğlu, Qasımov Hüseyn Saday oğlu, Şirinov Abbas Tapdıq oğlu, Rəhimov Rəhman Muxtar oğlu, Mustafayev Muğan Ağalar oğlu, Ələkbərov Şükür Alxan oğlu və Rəhimov Fəyyar Həsən oğlu İdarə Heyətinin üzvləri seçildilər.
Onların arasından səs çoxluğu ilə Ələkbərov Eyvaz Əsgər oğlu - sədr, Məmmədov Abduləli Umut oğlu - muavin, Ələkbərov Şükür Alxan oğlu - muavin seçildi. Yeni yaranan kənd ərazi təşkilatının sədrinə və müavinlərə Azərbaycan Ağsaqqallar Şurasının döş nişanları təqdim olundu.
Tədbir iştirakçıları tərəfindən yeni təsis edilən Məmmədli kənd ağsaqqallar şurasının ərazi təşkilatı üzvləri təbrik edilərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı.
Tədbirin sonunda xatirə fotoları çəkildi.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

