Multikulturalizm Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir
18.09.2025 [17:37]
Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunun imzalanmasında məqsəd dini və mədəni müxtəlifliyin qorunması, ictimai həmrəylik və birliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyətin genişləndirilməsidir. Memoranduma əsasən, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi seminarlar, konfranslar və dəyirmi masaların təşkili, dinlərarası münasibətlərin inkişafı sahəsində təcrübə və metodoloji yanaşmaların mübadiləsi, dövlət qurumları üçün proqnoz və tövsiyələrin hazırlanması, elmi əməkdaşlar üçün təcrübə proqramlarının təşkili nəzərdə tutulur.
Sənəd həmçinin tərəflərin dövlət qrant müsabiqələrində və müxtəlif elmi layihələrdə birgə iştirakını, eləcə də gələcək əməkdaşlıq formalarının qarşılıqlı razılıq əsasında inkişaf etdirilməsini ehtiva edir.
İmzalanma mərasimində bildirilib ki, memorandum həm Azərbaycan həm də Qazaxıstanın qlobal miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsidir. Vurğulanıb ki, memorandum regional və beynəlxalq miqyasda dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verəcək, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq miqyasda təşviqinə xidmət edəcək, eyni zamanda Qazaxıstanın multikonfessional və multietnik cəmiyyət modelinin öyrənilməsi və təbliği baxımından faydalı olacaq.
Xatırladaq ki, sentyabrın 17-18-də Qazaxıstan Respublikasının Astana şəhərində Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı keçirilib. “Dinlərin dialoqu: Gələcək üçün sinerji” mövzusuna həsr olunan Qurultayda dünyanın 60 ölkəsindən 100-dən çox nümayəndə heyəti iştirak edib.
Xəbər lenti
Hamısına baxGündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06

