Bir qərinəlik yol - Yeni Azərbaycan Partiyasının siyasi manifesti
21.11.2025 [11:05]
Qərinə hərfi mənada otuz illik tarixi kəsiyə verilən addır. Eyni zamanda nəsil dəyişikliyini, ciddi siyasi və sosial transformasiyaları özündə ehtiva edən, bir dövlətin təməllərinin atıldığı kritik bir zaman dilimidir. Bu mənada Yeni Azərbaycan Partiyasının (YAP) qeyd etdiyi 33 illik yubiley rəqəmlərin ən dərin və mistik mənaları ilə üst-üstə düşür.
33 – Həm də "cənnət yaşı", yəni əbədilik yaşı hesab edilir. Bu rəqəm xalqımızın çəkdiyi əzabların sona çataraq dövlətimizin gələcək zəfərlərlə mötəbərləşən əbədi varoluşuna işarədir. 33 il müharibənin acı nəticələri ilə müşayiət olunan bir dövrdən güclü, müstəqil və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan dövlətinə keçidin əsas siyasi xəttidir.
Məhz 1992-ci ildən başlayan bu tarixi kəsikdə Yeni Azərbaycan Partiyası Azərbaycanı xaosdan xilas edən, onun müstəqilliyini sarsılmaz edən, milli birliyi təmin edən və əsas hədəfi - Qarabağın azadlığını gerçəkləşdirən strateji iradənin daşıyıcısı oldu.
Partiyanın 33 illik mövcudluğu, məhz bir qərinəlik zaman kəsiyində xalqımızın əbədi arzusu olan Qələbəni gerçəkləşdirdi. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi nəticəsində zəfərlə tamamlanmış bu yol, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə, tarixə qızıl hərflərlə öz adını yazmağı bacardı.
Bu yolda Partiyanın siyasi iradəsi, milli birliyin və dövlət-xalq həmrəyliyinin sarsılmaz qalxanı oldu. YAP-ın əsas ideoloji dayağı — müstəqil, güclü və dünyada söz sahibi olan Azərbaycan ideyası 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı özünün ən ali təsdiqini tapdı.
Yeni Azərbaycan Partiyasının sıralarında dövlətçilik ideyasına xidmət etmiş bir şəxs kimi bu gün Vətənin ən müqəddəs çağırışına - azadlığa qovuşmuş, illərlə bizi gözləmiş torpaqlarda qayıdış, quruculuq missiyasına qoşulmuşam. Hər qarışında ədalətin bərpası duyulan bu ərazilərdə çalışmaq partiyamızın 33 illik siyasi mübarizəsinin ən şərəfli və məntiqi yekunudur. Bütün addımlarımızda Partiyanın azad edilmiş ərazilərin dirçəlişinə yönəlmiş böyük strategiyasının izi var. O torpaqlar ki, 30 il sonra Azərbaycanın inkişafının lokomotivinə çevrildi.
Yeni Azərbaycan Partiyasının varlığı 33 il əvvəl necə zərurət idisə, bu gün də Azərbaycanın Böyük Qayıdış və yüksəliş erasına rəhbərlik edən yeganə siyasi qüvvədir. Partiyanın siyasəti "Güclü Lider, Güclü Partiya, Güclü Dövlət" üçlüyünün sarsılmaz birliyidir.
Əminik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə, Qafqazın qürurlu qalası kimi, tarixin növbəti qərinəsini zəfər, sülh və əbədi müstəqilliklə möhürləyəcək.
Bayrağımız hər zaman uca, dövlətçiliyimiz sarsılmaz olsun!
Yeni Azərbaycan Partiyasının 33 illiyi mübarək!
Günel Abbas
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20

