Kamaləddin Qafarov: Radikal müxalifətin fəaliyyəti xalqımızın maraqlarına ziddir
20.11.2021 [12:32]
“Bu gün Vətən müharibəsində qazandığı tarixi Qələbəsilə özünün ərazi bütövlüyünü təmin edən, bütün sahələdrdə dinamik inkişafa nail olan Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı bu uğurlu siyasət kursu bütün dünyada ölkəmizin nüfuzunun durmadan artmasını təmin edib. Bu gün Azərbaycanda demokratik mühit, ifadə azadlığı, sağlam vətəndaş cəmiyyətinin varlığı artıq heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir.
Lakin bu da bir həqiqətdir ki, bu gün dünyada Azərbaycanın öz iradəsi ilə hərəkət etməsini həzm edə bilməyən, ölkəmizin inkişafından və güclənməsindən narahatlıq keçirən bəzi əcnəbi güclər də mövcuddur. Məhz sözügedən bu dairələr hələ də ölkəmizin daxili və xarici siyasət xəttini istədikləri istiqamətə yönəltmək kimi boş xülyalara qapılır, Azərbaycana müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar. Təəssüf ki, ölkə daxilində olan bəzi siyasi qüvvələr də öz marginal maraqları naminə həmin dairələrin təsiri altına düşür və onların himayəsini qəbul edərək bunun müqabilində Azərbaycanda gedən inkişafa kölgə salmağa, reallıqları təhrif olunmuş formada təqdim etməyə çalışırlar.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, bu gün məqsədi heç də demokratik cəmiyyət quruculuğuna yardım etmək yox, əksinə, vətəndaş qarşıdurması və idarə olunan xaos yaratmaq olan bəzi siyasi partiyaların fəaliyyəti Azərbaycan cəmiyyətinin maraqlarına, milli mənafeyinə tamamilə ziddir və bu fəaliyyətin siyasi və hüququ məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin nəzərdən keçirilməsi vacibdir: “Sirr deyil ki, bu gün bütün dünyada QHT-lər, siyasi partiyalar və ya digər istər siyasi, istərsə də vətəndaş cəmiyyəti institutu cildinə girən, məqsədləri isə heç də demokratik cəmiyyət quruculuğuna yardım etmək yox, əksinə, siyasi, dini, etnik zəmində vətəndaş qarşıdurması və idarə olunan xaos yaratmaq olan, beynəlxalq və lokal səviyyələrdə fəaliyyət göstərən təxribatçı qruplardan təzyiq aləti kimi istifadə olunması halları geniş yayılıb. Bu gün bütün dünyada müəyyən siyasi, iqtisadi beynəlxalq mərkəzlərin sifarişi və maliyyə dəstəyi ilə ayrı-ayrı ölkələrdə daxili sabitliyi pozmaqda maraqlı olan çoxlu sayda qurum və təşkilatlar fəaliyyət göstərir. Bu qüvvələr, ilk növbədə, hədəf seçdikləri ölkələrin daxilində özlərinə köməkçilər tapırlar. Əlbəttə ki, belə köməkçilər əksər hallarda hakimiyyətə müxalif mövqelərdən çıxış edən təşkilatlar arasından seçilir.
Bu gün Azərbaycanın da dünyada mövcud olan ermənipərəst qüvvələrin hədəfində olduğu danılmaz faktdır. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan hələ də tarixi 10 noyabr Üçtərəfli Bəyanatının şərtlərini əməl etməkdən yayınmağa cəhd göstərir və bu məqsədlə Azərbaycanla sərhəddə yeni təxribatlar törətməkdədir. Belə bir şəraitdə ölkəmizdə Azərbaycan dövləti tərəfindən yaradılmış imkanlardan bəhrələnən siyasi partiyaların və ya digər müxalif qurumların hansısa şəxsi maraqları naminə düşmən dəyirmanına su tökmələri tamamilə yanlış mövqedir və bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır. Bu gün Azərbaycanın danılmaz uğurlarını hədəfə alaraq xalqı aldatmağa çalışan və bununla bir tərəfdən gündəmdə qalmaq, digər tərəfdən də xaricdəki sifarişçilərinin tələblərini yerinə yetirmək məqsədi güdən radikal müxalifətin fəaliyyəti xalqımızın maraqlarına tamamilə ziddir və düşünürəm ki, bu kimi fəaliyyətin məhdudlaşdırılması barədə müakirələrə başlamağın tam zamanıdır. Şübhəsiz, bu gün Azərbaycanda mövcud olan güclü xalq-iqtidar birliyi, xalqın öz Prezidentinə, Müzəffər Ali Baş komandanına olan böyük inam və etimadı əsla sarsılmaz bir səviyyədədir. Sağlam düşüncəyə sahib olan hər bir vətəndaşımız yaxşı bilir ki, dövlət başçımızın siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Azərbaycan xalqı özünün dostlarını da, düşmənlərini də yaxşı tanıyır. Bu səbəbdən də, cəmiyyətimizə, dövlətimizə və ölkəmizə düşmən kəsilən bu cür ünsürlərin təxribatyönlü fəaliyyətləri heç bir nəticə verməyəcəkdir.”
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

