/ / Əli Əliyevin əsl xarakterini elə onunla illərdir çiyin-çiyinə çalışan adamlar çox yaxşı təhlil edib ortaya qoydular
Əli Əliyevin əsl xarakterini elə onunla illərdir çiyin-çiyinə çalışan adamlar çox yaxşı təhlil edib ortaya qoydular
20.11.2021 [12:33]
Salman Salmanov
YAP Gənclər Birliyinin üzvü
Harada olmasından, hansı statusu daşmasından asılı olmayaraq insanın hər zaman onu tamamlayan mövqeyi, onun üçün müqəddəs olan dəyərləri olmalı və bunları digər həyat prinsipləri ilə yanaşı, qorumalıdır. Normalda siyasi, ictimai fəaliyyətlə məşğul olan şəxslər siyasi əqidələrində də bu göstəriciləri fundamental olaraq əsas tuturlar. Təssüflər olsun ki, bu gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev haqqında danışanda, onun yaxın keçmişinə, siyasi fəaliyyətinə nəzər saldıqda bəzən bu meyarların gözlənilmədiyinin şahidi oluruq. Bir gənc olaraq onu deyim ki, belə adamların cəmiyyətdə, siyasi platformalarda təmsil olunması cəmiyyət üçün, xüsusilə gənclər üçün zərərlidir, gənclərin sağlam və vətənpərvər formalaşması üçün təhlükəlidir.
Ə.Əliyevin əsl xarakterini elə onunla illərdir çiyin-çiyinə çalışan adamlar çox yaxşı təhlil edib ortaya qoydular. Görünən odur ki, adam siyasi əqidə sərgiləmədən bir neçə partiyada təmsil olunmaqla bütün fürtsətlərdən istifadə edərək şəxsi ambissiyasına xidmət edib, silahdaşlarının, əqidəli insanların fəaliyyətinə kölgə salmaqla ancaq öz “arzusuna” doğru addımlayıb. O, rəhbərlik etdiyi partiyanı da diktatorcasına idarə etməklə zaman-zaman əsl mahiyətini ortaya qoyub.
Müxtəlif mənbələrdə qeyd olunub ki, bu şəxs 2005-ci ildə AMİP sədri vəzifəsinə seçiləndən sonra partiyanı öz şəxsi məqsədləri üçün istifadə etməyə cəhd göstərdiyinə, pozuculuq fəaliyyətinə və indiyədək açıqlanmayan məişət əxlaqsızlığı və mənəviyyatsızlığı səbəbindən, 8 yanvar 2006-ci il tarixdə partiyanın Mərkəzi Şurasının yekdil qərarı ilə sədrlikdən və üzvlükdən qovulub. Sonra adam reneqantlığı qəbul edərək bir neçə partiyada təmsil olunmuş, yeni partiyalar yaradaraq öz mənfur ambisiyasını güdərək ətrafındakı insanları zəhərləməkdə davam etmişdir. Diqqət edin, Əli Əliyev sonradan təsis etdiyi Vətəndaş və İnkişaf Partiyasının üzvləri də onun siyasi əqidəsindəki ziddiyətləri, şəxsi mənafe uğurunda mücadiləsini aşikar etdikdən sonra üz döndərməyə başlayıblar.
Bütün bunlarla yanaşı, bu şəxs siyasi gündəmdə özünü müxtəlif formasiyalarda göstərib, daha çox özünü diqqətdə saxlayan yalançı şoular yaratmağı bacarıb. Çıxışları, insanlara, cəmiyyətə özünü təqdimetmə forması ayrı, reallıq isə tam fərqli olub. Amma bu da aydın məsələdir ki, gec-tez yalanların üstü açılır, belə insanlar cəmiyyət qarşısında ifşa olunurlar. Necə ki, bu gün də onun şahidi oluruq.
Sadə bir fakt sual yaradır ki, öz övladlarının sayının cəmiyyətə düzgün deməyi bacarmayana adam digər insanlar tərəfindən necə qəbul oluna bilər? Deməli, seçki platformasında bu şəxs ailə üzvlərinin – övladlarının sayını düzgün göstərmirsə, onun fəaliyyətində hansı düzgün davranışdan söhbət gedə bilər, hələ efirlərdə əxlaqdan danışıb reallıqda isə sadə əxlaq kodekslərinə belə əməl etmədiyini demirik!..
Bütün bunları nəzərə alaraq qeyd edirik ki, belə şəxs dövlətini, vətənini sevən gənclər üçün yaxşı nümunə ola bilməz, əksinə onların sağlam düşüncələrinin korlanmasına, vətəninə, xalqına layiqli gənc kimi yetişməsinə maneələr törədir. Odur ki, biz gənclər bu kimi bu insanın ziddiyətli siyasi düşüncələrinə, zərərli fəaliyyətinə qarşıyıq və hesab edirik belə insanların yalanlarının cəmiyyətə siraət etməsinin qarşısı alınmalı, onların ancaq şəxsi mənafeləri uğrunda mücadilə etmələri hər kəsə bəyan edilməli və onlara öz yeri göstərilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31

