Ramin Məmmədov: Ermənistan cəmiyyətində Azərbaycanafobiya və rasizm hökm sürür
26.11.2021 [16:49]
“Ermənistan parlamentində siyasi partiya rəhbəri olan Zarui Postancanyan səsləndirdiyi bəyanat bu ölkədə Azərbaycanafobiya və rasizmin nə qədər dərin kök saldığını bir daha nümayiş etdirir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
O bildirib ki, Ermənistanın siyasi elitasında təmsil olunan siyasətçilərin əksəriyyəti məhz bu faşist düşüncənin daşıyıcılarıdır. Ramin Məmmədov Zarui Postancanyanın ixtisasca hüquqşünas olduğunu, vaxtilə hüquq müdafiəçisi kimi də fəaliyyət göstərdiyini, hətta Ermənistan parlamentini Avropa Şurası Parlament Assambleyasında təmsil etdiyini də xatırladıb: “Öz ölkəsini AŞPA kimi nüfuzlu bir beynəlxalq təşkilatda təmsil etmiş şəxsin bu qədər rasist düşüncəyə malik olması ümumilikdə Ermənistan cəmiyyətində türklərə və azərbaycanlılara qarşı dözümsüzlüyün təzahürüdür. Şübhəsiz ki, Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin yaratdığı ağır psixoloji durumun mövcudluğunu inkar etmək olmaz. Lakin tarixə nəzər saldıqda, xüsusilə də birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi vəhşiliklər, İkinci Qarabağ müharibəsi zamanı dinc sakinlərə edilən amansız hücumlar yalnız ayrı-ayrı şəxslərin deyil, bütöv bir cəmiyyətin xəstəliyə düçar olduğundan xəbər verir”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan cəmiyyəti uydurulan və uzun illər onlara təlqin olunan yalançı tarixin ölkəni yeni fəlakətlərə aparacağını anlamalıdır. Bir siyasətçinin parlamentin tribunasından başqa xalqları təhqir etməsi nə özünə, nə ölkəsinə başucalığı gətirmir: “Bu gün işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində törədilmiş dağıntılara, məscidlərə, dini abidələrə, mədəniyyət obyektlərinə qarşı münasibətin yaratdığı reallıqlara baxanda kimin kim olduğunu anlamaq o qədər də çətin deyil. Üçtərəfli bəyanatın imzalanmasından sonra rayonların boşaldılması zamanı erməni hərbçiləri və mülki şəxslərinin etdikləri əməlləri, evlərin yandırılması, meşələrin, yaşıllıqların məhv edilməsini xarici kütləvi informasiya vasitəlri bütün dünyaya göstərmişdi. 30 il məhz azərbaycanlıların evlərində qanunsuz məskunlaşmış qonşularımızın bu evləri tərk edərkən özləri ilə hansı əşyaları götürdüklərini bütün dünya gördü”.
R.Məmmədov qeyd edib ki, bu gün Ermənistanın monoetnik dövlət olması əslində bu ölkədə ictimai düşüncəni yönləndirən ideologiyanın mahiyyəti barədə çox söz deyir: “1988-ci ildə yüzminlərlə həmvətənimiz Ermənistandan deportasiya olundu. Daha əvvəlki dövrlərdə də belə dpoertasiyalar olmuşdu. 1992-ci ildə Xocalıda məhz milli mənsubiyyətinə görə körpə uşaqları, qadınları qətlə yetirən bir ölkənin siyasətçisindən başqa bir yanaşma gözləmək olmazdı. Ermənistanda ksenofobiya, rasizm, təcavüzkarlıq, dini, etnik dözümsüzlük siyasətin adi normaları kimi qəbul olunur və təəssüf ki, bu yanaşma cəmiyyətə də sirayət edib”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

