/ / Həmin deputatlar nə edirlər... Fırıldaqla ölkəyə elektrotexnika gətirirlər, mağazalarda satdırırlar
Həmin deputatlar nə edirlər... Fırıldaqla ölkəyə elektrotexnika gətirirlər, mağazalarda satdırırlar
11.12.2021 [14:53]
Gömrük rəhbəri hansı deputatları nəzərdə tutur?
“Bizim əlimizdə logistika şirkətlərinin, daha doğrusu işbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü. Həmin mallar şəxsi ehtiyaclar üçün deyildi”.
Azpost.info bildirir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Haqqın.az-a verdiyi müsahibədə şəxsi istehlak üçün xarici ölkədən poçt üzərindən alış-verişə 300 dollarılıq limitin qoyulması barədə qərarı şərh edərkən bildirib.
Komitə sədri deyib ki, əgər bu prosesi dayandırmasaydılar həmin şəbəkələr qar topası kimi böyüyəcəkdi: “Söhbət qeyri-bərabər və ədalətsiz rəqabətdən gedirdi. Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahısı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi. Biz bu qanunsuz fəaliyyəti dayandırdıq. Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb! Həmin şəbəkələr faktik qaçaqmalçılıqla məşğul olaraq leqal şirkətləri bazardan sıxışdırıb çıxarırdı”.
S.Mehdiyev bildirib ki, məqsəd qeyri-bərabər rəqabət və kölgə iqtisadiyyatı ilə mübarizə idi: “Əminəm ki, həmin şəbəkələrin hər biri on minlərlə vətəndaşa qədər genişlənəcəkdi. Məhz bu səbəbdən biz limiti 300 dolara endirdik və vətəndaşlar üçün bəyannamənin fərdi elektron sistemini yaratdıq. Yəni, siz ildə bir dəfə yox, istəsəniz hər ay şəxsi ehtiyaclarınız üçün elektron sistemi vasitəsilə 300 dollar məbləğində mal sifariş edə bilərsiniz. Məqsəd nə idi? Vətəndaş bəyannaməni şəxsən doldurmalı və gömrük orqanlarına təqdim etməlidir. Biz şəxsi istehlak mallarının sifarişinin və idxalının şəffaf prosesini yaratdıq, ölkəyə gömrük nəzarətindən kənar, qanunsuz mal daxil olması cəhdlərini tamamilə məhdudlaşdırdıq”.
S.Mehdiyev vurğulayıb ki, hazırda mükəmməl işləyən sistem yaradılıb.Vətəndaş öz qadjetindən malı sifariş verir və sifariş onun ünvanına çatdırılır: “İslahatdan əvvəl rüsumsuz idxalla 32 logistika şirkəti məşğul olurdu, bu gün həmin rəqəm 208-dir! Elektron alınmaların həcmi ildə 200 milyona yüksəlib. Əvvəllər elektron bəyannamələr yox idi, odur ki, bizdə hətta onlayn alınmaların statistikası aparılırdı”.
Komitə Sədri Milli Məclisin bəzi deputatlarını belə qeyri-qanuni limit “şəbəkəsi” qurmaqda ittiham edib: “Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular.
Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox. Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib”.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12

