Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazirdən Azərbaycan və Ermənistan arasında anklavlarla bağlı AÇIQLAMA

Nazirdən Azərbaycan və Ermənistan arasında anklavlarla bağlı AÇIQLAMA

27.12.2021 [12:01]

“Azərbaycanla Ermənistan arasında anklavlar məsələləri var, bunu heç kim inkar etmir”.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, anklavlar məsələsinin hansısa formada həll edilməsi vacibdir.

“Anklavlar məsələsinin sərhədlərin delimitasiyası zamanı həll edilməsi vacibdir. Böyük ehtimal ki, bu, qısamüddətli proses olmayacaq. Bu istiqamətdə sistemli və davamlı işin aparılması vacibdir”, - deyə Ceyhun Bayramov deyib.

Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sərhədlərlə bağlı işçi qrupun yaradılmasından da danışdı.

Konkret tarixi deməkdə bir qədər çətinlik çəkirəm. Çünki bunun üçün hər bir tərəf razılığını verməlidir və bu qarşılıqlı bir prosesdir. Azərbaycan tərəfi isə öz mövqeyini bildirib. Azərbaycan tərəfi bu prosesə start verməyə hazırdır.

"Düşünürük ki, qarşı tərəf də bunun qaçılmaz olduğunu, ümumilikdə beynəlxalq norma və prinsiplərə uyğun olduğunu, dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin alternativi olmadığını anlayaraq, yaxın zamanlarda müsbət cavab verəcək", - deyə nazir əlavə edib.

Nazir qeyd edib ki, üçtərəfli Soçi bəyanatında artıq bunun yer alması o deməkdir ki, Ermənistan tərəfi də bunu qəbul edir.

 

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31