Paşinyanın Sevinc Osmanqızına xəyanəti
27.12.2021 [18:08]
Sevinc: “O (Paşinyan) olmasın, bu (Araik) olsun
Dekabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfrası keçirib, jurnalistlərin və ölkə ictimaiyyətinin suallarını cavablandırıb. Həmin mətbuat konfransında Paşinyan ATƏT-in Minsk Qrupunun 2016-cı ildəki danışıqlar prosesində fəlakət yaşandığını bildirib. Belə ki, 2016-cı ilin yanvarında ATƏT-in Minsk Qrupu o vaxtkı Dağlıq Qarabağda parlamentin, hüquqi dövlətin və s. olması barədə təkliflər paketi təqdim etsə də, aralıq statusun dəqiqləşdirilməsi məsələsinə BMT Təhlükəsizlik Şurasının baxacağını bildirmişdi. Bu isə Qarabağın status məsələsinin ATƏT-in MQ çərçivəsində deyil, BMT-nin TŞ-nda müzakirə olunacağı və əlbəttə ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması demək idi. Paşinyan həmçinin qeyd edib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi danışıqların heç bir mərhələsində Ermənistanın ərazisi olaraq qəbul edilməyib, üstəlik, həmin danışıqlarda Dağlıq Qarabağda azərbaycanlıların da yaşadığı qeydə alınıb və onların maraqlarının müdafiəsi gündəlikdə olub və hələ 1993-cü ildə isə BMT TŞ “Dağlıq Qarabağ – Azərbaycan ərazisidr” formulunu qəbul edib.
Mətbuat konfransı bitər-bitməz Ermənistan iki, bəlkə də ikidən çox cəbhələrə bölünüb. Kimi Paşinyanı dəstəkləyir, kimi də... bu müsahibəsi ilə Azərbaycanın maraqlarına “xidmət edən” Paşinyana asi olduğunu bəyan edərək, etirazını bildirir, dolayısı ilə keçir Ermənistanın maraqlarına xidmət edən azərbaycanlıların, məsələn, Sevinc Osmanqızı və digər xaricdə oturub dövlətimiz əleyhinə hər gün min hoqqa çıxaranların cəbhəsinə. Sevinc demişkən, dekabrın 24-ə qədər ah-vay edib, “kaş o bizim prezidentimiz olaydı” xülyası ilə Paşinyana sevgi izhar edən, elə bu izharı ilə nəinki azərbaycanlıların, elə antipaşinyan mövqedə dayanan ermənilərin də təəccübünə səbəb olan bu xanım görəsən indi nə düşünür? Paşinyanın onun sevgisinə bu qədər qəddarcasına xəyanət etməsindən sonra nə edəcək, nə danışacaq, məhv olmuş xəyallarındakı “ah”ları və “kaş” ları kimin ünvanına yönəldəcək? Bəlkə elə Araik Arutyunyanın? Axı, fürsətdir, bu dəqiqə Araik yuyulmamış çömçə kimi ortalığa atılıb, Paşinyanın müsahibəsində dediklərinə sərt şəkildə etiraz edərək, bütün Ermənistanın diqqətini üzərinə çəkməkdədir. Paşinyanın “...mən həqiqəti gizlədə bilmirəm” kimi çarəsiz etirafından sonra həşir salıb hələ də hansısa xəyali Arsaxdan sarsaq-sarsaq danışan Araik, demoqrafik baxımdan keçmişə dönməyin mümkünsüzlüyündən dəm vurur. Əslində, Araik bu dəqiqə Sevincin və sevinckimilərin dediklərinin təkrarından başqa bir şey demir, bütün davranışı ilə onların ürəyindən xəbər verir və çox güman ki, elə Paşinyanın sevgisindən əli üzülmüş Sevinc xanımın növbəti məhəbbət izharı məhz ona ünvanlanacaq. Və Sevinc Osmanqızı tezliklə “O (Paşinyan) olmasın, bu (Araik) olsun deyəcək yəqin. Yenə də ah çəkərək, “kaş” deyərək...
Sonra isə günlər keçəcək, Araik də, bu gün Paşinyana qarşı çıxıb özündən Ermənistan psevdomüxalifəti düzəldən digərləri də səhvlərini anlayıb, “mən artıq həqiqəti gizlədə bilmirəm” deyəcək, Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edəcəklər... Sonra aylar, illər, qərinələr keçəcək, bütün ermənilərin Azərbaycan nifrəti də tükənəcək hətta, Sevincin və sevinckimilərin isə yox... Çünki Vətənə bir dəfə xəyanət etdinsə, ürəyin onu özünə doğma hiss etmək şansından ömürlük məhrum olur – ilahi ədalət tərəfindən.
Kaş Sevinc də bunu anlayaydı, kaş.
Cavi Dan
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28

