Axirətə vay-vay əvəzinə Wi-Fi-lı yolasaldı mərasimi
21.01.2022 [23:42]
İlhamə RƏSULOVA
Bir aralar Azərbaycanda təntənəli yas mərasimlərinin keçirilməsindən şikayətçiydik. Kimsə rəhmətə gedəndə mərhumun yaxınları ölənin dərdini çəkməkdən, qara geyib yas saxlamaqdan çox, başsağlığı verməyə gələnlərin yanında üzüqara olmamağın qayğısına qalardı: gərək kimsə ehsan süfrəsinin kasıblığından gileylənməsin, məclisdən ac getməsin, gərək heç kim qonşusundan geri qalmasın. Yas mərasiminin də 3-dən 7-yə, 7-dən 40-a (arada cümə axşamları da var), 40-dan ilə qədər çəkən uzun bir proses olduğunu nəzərə alsaq, ölmək heç də ucuz başa gələn bir təbiət hadisəsi deyildi. Onsuz da xəstə can verənə qədər ölü yiyələri xəstəxanada neçə dəfə ölüb-dirilir, soğan kimi soyulub, qabıqdan çıxırdı. Ardınca da yemək - içmək, qonaqlıq... bircə sazəndələr çatışmırdı.
Bunu demişkən, yadıma məzəli bir əhvalat düşdü. Yüksəkvəzifəli qohumlardan biri atasına təmtəraqlı ehsan verirdi. Eşidən-bilən hər kəs axışırdı Filankəsovun qapısına. Başsağlığına gələnlərdən biri özüylə ingilis dostunu da gətirmişdi.
Yadelli qonaq mərasim evinə girəndə görür ki, hamı vur-çatlasın qaralı aş, bozbaş, dolma yeməkdədir. Daha neyləyəsidi, bu da başını qoşur başlara, qabağına düzülən təamlardan eşir. Arada ayağa qalxıb məclis iştirakçılarına təşəkkür edir, gənclərə xoşbəxtlik arzulayır. Ətəyindən çəkib otuzdururlar ki, a kişi, elə deyil, burada rəhmətliyin xatirəsi yad olunur. İngilis də mat-mat soruşur ki, səbəbkar ölübsə, bəs bu yemək-içməyi nəyin, kimin şərəfinə masalara düzüblər?..
Sağlığında bəlkə də çörək tapmayan adamlar vardı ki, ölümündən sonra ocağında al-əlvan süfrələr açılırdı, dirisi urvatsız tutulan kəsin son mənzili qara mərmərlə bəzədilirdi, qəbrinin dörd yanı hasarlanırdı, üstünə çardaq örtülürdü. Ölüsünə yaradılan şəraitin yüzdə biri dirisinə yaradılsaydı, rəhmətlik bu gen dünyada bəlkə bir az da artıq yaşayardı. Bir o qalırdı ki, axirət evinə internet də çəkib, arada videolar göndərsinlər...
Pandemiya dövründə tətbiq edilən qadağalardan sonra hər kəs bir az rahat nəfəs almağa başlayacaqdı ki, virtual yas mərasimləri dəbə düşdü.
Əslində, sosial şəbəkələr hələ bir müddət öncədən Allahla ünsiyyət məkanına çevrilmişdi. Kimin duası, bədduası, etirafı, cin çıxartmaq istəyi vardısa, məscid əvəzinə uz tuturdu Feysbuka. Elə də məsum-məsum yalvarışırdılar, deyərdin hamı mələkdir, bir sənsən cəhənnəmə namizəd.
Sosial şəbəkələrdə ölənin adını tağ eləyib, ona xitabən gözəl-gözəl fikirlər söyləmək adama qəribə gəlir. Hələ bu harasıdır, baxış sayı toplamaq üçün ölüylə şəkil çəkdirəni görəsən, ölünün üstündə üz cırıb, sonra gülümsər şəkillər paylaşanı görəsən, emosiyaların dozasını bir az da artırmaq üçün ölənin canvermə anından tutmuş ta qəbrə qoyulub üstü torpaqlanana qədərki müddəti anbaan əks etdirən fotosessiyaları görəsən. Hətta canverən adamı dayanmadan görüntüləyib, ölüm anını tutmağa çalışanlar da var. Neyləmək istəyirsiniz, həzərat, cənabi-Əzrayılı kadra salmaq cəhdidir bu?
Dünyadan canını yenicə qurtarmış ölüylə selfi, qəbrə sallanan cənazəylə selfi. Bu azmış kimi, meyit soyumamış tragik-dramatik statuslarla sosial şəbəkədə ağı demək modası da yaranıb.
Əvvəllər ölənin dalıyca “vay”deyərdilər, “şaxsey-vaxsey” çəkərdilər, indi də vay-vayı bitirib, vay-faylı yas mərasimlərinə başlamışıq.
Qəribə cəmiyyətik, insanın nə dirisiylə, nə də ölüsüylə düz-əməlli davrana bilmirik. Qabığımız dəyişsə də, özəyimiz dəyişmir. Yüz il öncə Mirzə Cəlil bizi ölüsüylə ərəbcə, dirisiylə rusca danışan qövm adlandırmışdı. Bəs indi hansı dildə danışırıq? Çoxmu dəyişmişik?
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

