Dövlət Komissiyası: İtkin düşmüş 6 hərbçi ilə bağlı zəruri axtarış işləri davam etdirilir
26.01.2022 [11:35]
“Hazırda 6 Azərbaycan hərbçisi II Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və onlarla bağlı zəruri axtarış işləri davam etdirilir”.
Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
“Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, ilk baxışdan statistik görünən bu rəqəmlərin hər birinin arxasında insan taleyi, ailələrin övlad itkisi və göz yaşı dayanır. Ona görə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə bütün dövlət qurumları bu məsələyə çox həssas yanaşıb. Təbii ki, burada aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş vəzifələrlə yanaşı, həm də hər bir vəzifəli şəxsin məsələyə vicdanlı münasibəti vacib amildir. Qeyd etməliyəm ki, əksər halda bu sahə üzrə mütəxəssislər istirahət etmədən, gecə-gündüz axtarış və eyniləşdirmə tədbirlərini həyata keçiriblər. Xüsusilə məhkəmə-tibbi ekspertlər, genetiklər, patoloq-anatomlar, eyni zamanda Hərbi Prokurorluğun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, həmçinin yerli icra hakimiyyəti orqanlarının işçiləri fasiləsiz olaraq bu işlərin icra edilməsinə çalışıblar. Bu qurumlar Dövlət Komissiyası ilə sıx əməkdaşlıq şəraitində işləyib”, - İ. Axundov vurğulayıb.
İşçi qrupunun rəhbəri qeyd edib ki, bununla yanaşı, 6 hərbçimizin taleyinin aydınlaşdırılmaması təəssüfedicidir: “Bu hal Dövlət Komissiyası olaraq bizi çox məyus və narahat edir. Böyük ümid hissi ilə bildirmək istəyirəm ki, Dövlət Komissiyası bu həssas vəzifənin öhdəsindən gələcək, gözü yolda qalan ailələrin əzab və iztirablarına son qoymağa nail olacaq. Hazırda bu bizim ən müqəddəs vəzifəmizdir. Fürsətdən istifadə edərək, Vətən müharibəsində itkin düşmüş hərbçilərimizin valideynlərinə və ailə üzvlərinə anlayışlarına, nümayiş etdirdikləri dözüm və səbrə görə dərin təşəkkür edirəm”.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20

