Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yaponiyanın Azərbaycandakı səfirliyində ordenin təqdimolunma mərasimi keçirilib

Yaponiyanın Azərbaycandakı səfirliyində ordenin təqdimolunma mərasimi keçirilib

31.01.2022 [12:30]

Yanvarın 28-də  Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin İqamətgahında   2021-ci il payız mövsümü ordeninin - Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeninin (The Order of the Rising Sun,
Gold Rays with Rosette) təqdim olunma mərasimi keçirilib.
Mərasim Azərbaycanın  ardınca Yaponiyanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. 
Daha sonra Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada çıxış edərək Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Uzaq Şərq dilləri və
Ədəbiyyatı Kafedrasının müdiri Oqtay Cəlilbəylini ordenə, həmçinin Azərbaycan Respublikasında yapon dili və yapon mədəniyyətinin davamlı təbliğatına və Yaponiya ilə Azərbaycan arasında dostluq əlaqələrinə töhfə verməsinə  görə təbrik edib.
Sonra Oqtay Cəlilbəyliyə Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni (The Order of the Rising Sun,Gold Rays with Rosette) təqdim olunub. 
Çıxış edən Oqtay Сəlilbəyli Yaponiya və Azərbaycan əlaqələrinin inkişaf tarixindən danışıb. Tədbirin təşkilatçılığına görə Yaponiyanın Azərbaycandakı səfirinə təşəkkür edib. 
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30