Nəqliyyat sistemində hansı dəyişikliklər olacaq?
09.02.2022 [11:10]
Nicat
Prezident İlham Əliyevin “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” imzaladığı Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni fərmanla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə keçib.
Sözügedən qərar hansı dəyişikliyə səbəb olacaq? Beynəlxalq təcrübə bu barədə nə deyir?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov prosesin hələ başlanğıc olduğunu və dəyişikliklərin davam edəcəyini deyib: “Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyinin nizamnaməsi də dəyişilməlidir. Hazırda BNA-da bu tip qurumlara xarakterik olmayan səlahiyyətlər var. Hesab edirəm ki, bu səlahiyyətlər digər qurumlara ötürüləcək. Məsələn, dayanma-durma qaydalarının pozulmasına görə cərimələrin yazılması. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan və yaxud indiki kimi müstəqil qurum tərəfindən cərimələrin yazılması praktikası özünü doğrultmadı. Xeyli sayda mübahisələr, ciddi problemlər yarandı. BNA-nın fəaliyyətində də ən ciddi narazılıq yaradan məqam məhz bu idi. Cərimələrin yazılması, ümumiyyətlə, qanunsuz parklanmaya nəzarət məsələləri böyük ehtimalla DİN-ə qaytarılacaq və bu qurumun nəzarətində olacaq”.
Dünyanın əksər ölkələrində ictimai nəqliyyatın təşkili barədə təcrübəni bölüşən ekspert BNA kimi qurumun səlahiyyətlərində olmalı məsələləri də sadalayıb: “İctimai nəqliyyatın, taksi fəaliyyətinin, şəhər ərazisində parklanmaların təşkili və idarə olunması və cari infrastrukturla bağlı yol təhlükəsizliyin və müasir mobilliyin təmin edilməsi. Yəni velosiped yollarının təşkili, səkilərin lazımi qaydada saxlanılması və digərləri. Sovet dövrü və müstəqillik illərində Azərbaycanda da təcrübə belə idi. Böyük ehtimalla məhz bu yanaşmaya qayıdılır. BNA-nın yeni səlahiyyətlərində də məhz yuxarıda sadaladıqlarım olacaq. Cərimələrin yazılması və digər yerdə qalan məsələlərə gəldikdə isə, hesab edirəm ki, növbəti fərmanlarla onlar da həllini tapacaq”.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsini şərh edən Ə.Hüseynov qeyd edib ki, əvvəllər də bu idarənin səlahiyyətlərini DİN həyata keçirib: “NİİM-in səlahiyyətlərinə işıqforların qurulması, onlara nəzarət və yollarda nəqliyyat axınların idarə olunması daxil idi. İndi də Bakıdan başqa, digər ərazilərdə bu səlahiyyətlər DİN tərəfindən həyata keçirilir. Bu məsələdə də əvvəlki yanaşmanın bərpa olunduğunu deyə bilərik”.
BNA-nın Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev isə qurumun gələcək fəaliyyəti ilə bağlı sualları hələ cavablandırmaq istəmədiyini bildirdi: “Sərəncamda hər şey aydın şəkildə öz əksini tapıb. Bu barədə hələ ki, bir şey demək istəmirəm”.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyul 11:22
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18

