“İrəvanda Azərbaycanlı orta məktəbi”
17.07.2026 [11:13]
Azərbaycan xalqı elə bir toplumdur ki, yaşadığı ərazilərdə mütləq qaydada özünün tarixi-mədəni irsini yaradır. Xalqımızın zəngin irs yaratdığı məkanlardan biri də indiki Ermənistanın ərazisidir. Tamerlan Əliyevin oxuculara təqdim etdiyi “İrəvanda Azərbaycanlı orta məktəbi” adlı kitabda zamanında bu qədim şəhərdə azərbaycanlı uşaqların elmi biliklərə yiyələndikləri təhsil ocağının yaranma tarixindən, burada çalışmış müəllimlərdən geniş bəhs olunub, pedaqoji kollektivin keçdiyi çətin, lakin şərəfli yol barədə geniş məlumat verilib. Nəfis tərtibatla işıq üzü görən kitab müəllifin uzun illəri əhatə edən araşdırmalarının nəticəsi olaraq araya-ərsəyə gəlib.
Təqdim olunan kitabı müəllifin tarixi yurd yerlərimizə dərin bağlılığının və Qərbi Azərbaycana qayıdış ideyasına dərin inamının ifadəsidir. İkinci Qarabağ müharibəsinədək bizim əsas ümummilli ideyamız ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı idi. Qalib Lider, Prezident İlham Əliyev milli gücü konsolidasiya etməklə xalqımızı addım-addım bu hədəfə yaxınlaşdırdı və 44 günlük Vətən müharibəsində, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazanılan möhtəşəm qələbələrlə onun həyata keçirilməsinə nail oldu.
Bu, qonşu dövlətə qarşı ərazi iddiaları yox, beynəlxalq konvensiyalarla təsbit olunan insan hüquqları məsələsidir. Biz bu həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Təqdim olunan kitabda Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqindən bir parçaya yer verilib. Dövlətimizin başçısı vurğulayıb: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.
Tarixi Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması güc mərkəzlərinin məkrli niyyətlərinin nəticəsi olaraq baş tutub. XX yüzillikdə bu ərazilərdə soydaşlarımıza qarşı düz dörd dəfə dəhşətli deportasiyalar həyata keçirilib. Azərbaycanlıların indiki Ermənistan ərazisindən sonuncu deportasiyası ötən əsrin səksəninci illərinin sonlarına təsadüf edib. Bununla da Ermənistan monoetnik dövlətə çevrilib.
Lakin tarix unudulmur. Doğma yurd yerlərinin həsrəti hər zaman bizim qəlbimizdədir. Hələlik Qərbi Azərbaycana qayıdış fiziki olaraq reallaşmasa da, artıq cəmiyyətimiz bu ümummilli ideyanı qəbul edib və onun reallaşacağına böyük ümid bəsləyir. Tamerlan Əliyevin böyük zəhmət hesabına hazırladığı kitabı Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşdirilməsi yolunda atılan mühüm addım kimi dəyərləndirmək mümkündür. Kitabda bəhs olunan məktəbin əsası 1922-ci ildə qoyulub. İrəvanda 7 illik azərbaycanlı məktəbi “tam olmayan məktəb” statusunda fəaliyyətə başlayıb və bu təhsil ocağının ilk direktoru İsmayıl Babayev təyin olunub. Məktəbdə bir sıra dərnəklər fəaliyyət göstərib, həmçinin “Zəngi” adlı qəzet buraxılıb. İrəvandakı 7 illik azərbaycanlı məktəbi 1919-cu ilin ortalarında 9 illik məktəbə çevrilib. Bütövlükdə, məktəbin pedaqoji kollektivi ayrı-seçkiliyə, repressiyalara məruz qalsa da, zamanında soydaşlarımızın biliklərə yiyələnmələrində, Qərbi Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynayıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34

