Qadağalar başladı
15.02.2022 [10:41]
Bu gündən üçüncü dozanı vurdurmayanlar...
Nicat
Bu gündən 2 doza vaksin sertifikatı olanlar qüvvətləndirici- buster dozanı vurdurmadıqda bəzi qapalı məkanlara buraxılmayacaqlar.
Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, buster dozanın vurulması ciddi tövsiyə edilir. O deyib ki, artıq ölkədə 1 milyon 200 mindən çox vətəndaş buster doza alıb: “Qeyd etdiyim kimi ikinci dozadan sonra qoruyucu immunitetin azalmasını nəzərə alaraq, buster dozanın vurulması önəmlidir və tövsiyə edilir”.
Ş.Mövsümov onu da əlavə edib ki, fevralın 15-dən ikinci dozadan 6 ay sonra üçüncü doza vaksin vurulmalıdır: “İkinci dozadan 6 ay keçdikdən sonra COVID-19 sertifikatı əhəmiyyətini itirəcək. Müəyyən yerlərə COVID-19 pasportu ilə giriş mümkündür. Fevral ayının 15-nə qədər bütün vaksin sertifikatları keçərlidir, lakin 15 fevral tarixindən sonra vaksin sertifikatlarının əhəmiyyəti itəcək. Buna görə də vətəndaşların bu məsələyə diqqətli olmaları xahiş olunur”.
Səhiyyə Nazirliyinin yaydığı məlumatda da vurğulanır ki, ikinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici doza qəbul olunmalıdır. Qeyd olunub ki, əks halda 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.
Həmçinin bildirilib ki, “İmmun sertifikatı” olan şəxs xəstəliyindən 6 ay keçdikdən sonra buster doza qəbul edibsə, onun “İmmun sertifikatı” “Peyvənd sertifikatı” ilə əvəzlənir. Bu səbəbdən fevralın 15-dən həmin şəxsin “Peyvənd sertifikatı”nın müddətinə hər hansı bir məhdudiyyət qoyulmayacaq.
Xatırladaq ki, bu gündən etibarən yaşı 18-dən yuxarı olan həmin vətəndaşların bir çox məkanlara girişinə məhdudiyyət qoyulacaq;
Həmin məkanların siyahısını oxucularımıza təqdim edirik:
ictimai iaşə müəssisələri (kafe, restoran və s.); mehmanxanalar; iri ticarət mərkəzləri; idman və sağlamlıq-bərpa obyektləri; toy və ya digər şənliklər; ali təhsil müəssisələri və kolleclər.
Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq. Bundan başqa, bu tarixdən etibarən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək: Bütün tibb və əczaçılıq müəssisələri; Bütün elm və təhsil müəssisələri; 1. Kommunal sahə üzrə; 1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat; 1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi; 1.3. tullantıların yığılması, emalı və məhv edilməsi. 2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə: 2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti; 2.2. liman xidmətləri; 2.3. logistika xidmətləri; 2.4. telekommunikasiya və rabitə xidmətləri; 2.5. poçt və kuryer fəaliyyəti. 3. Sosial sahə üzrə: 3.1. sosial xidmətlərin göstərilməsi; 3.2. fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti. 4. Ticarət və ictimai iaşə sahəsi üzrə: 4.1. topdan və pərakəndə ticarət; 4.2. ictimai iaşə; 4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri. 5. Turizm sahəsi üzrə: 5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr; 5.2. turagentliklərinin və turoperatorların fəaliyyəti 6. Maliyyə xidmətləri üzrə: 6.1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri) 7. Digər sahələr üzrə: 7.1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri; 7.2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri; 7.3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri; 7.4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması; 7.5. kirayə və lizinq fəaliyyəti; 7.6. daşınmaz əmlakın alınması və satılması xidmətləri; 7.7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət; 7.8. reklam fəaliyyəti və bazarın öyrənilməsi; 7.9. işədüzəltmə agentliklərinin fəaliyyəti; 7.10. tədris və repetitor xidmətləri; 7.11. tərcümə üzrə xidmətlər; 7.12. dizayn fəaliyyəti; 7.13. fotoqrafiya sahəsində fəaliyyət; 7.14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər); 7.15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması; 7.16. dezinfeksiya xidmətləri; 7.17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi; 7.18. dərzi xidmətləri 7.19. bərbərxana və gözəllik salonları; 7.20. baytarlıq fəaliyyəti; 7.21. heyvan sığınacaqları; 7.22. istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti; 7.23. mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyəti; 7.24. hamam xidmətləri.
Xəbər lenti
Hamısına baxAnalitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43

