Ukrayna "Molotov kokteyli"ndən istifadə edir?
02.03.2022 [13:35]
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar gün ərzində internet resurslarında onlarla informasiya paylaşılır, müxtəlif xəbərlər yayılır. Sosial şəbəkələrdə isə bu məsələ ilə əlaqədar ayrı-ayrı məqamlar müzakirə olunur. Bunların sırasında hərbi mövzular – silahların növləri, istifadə edilən texnikaların, vasitələrin adları və s. var. Diqqət çəkən məqamlardan biri də Ukraynada istifadə edilən “Molotov kokteyli” ilə bağlı paylaşımlardır. Görüntülərdən aydın olur ki, “Molotov kokteyli” ilə hərbi kolonu belə məhv edirlər...
Bəs “Molotov kokteyli” nədir, ilk dəfə harada və necə istifadə olunub?
Bu, kustar üsullarla hazırlanması mümkün olan vasitədir. Şüşə butulka içində partlayıcı - yanar maddədən ibarət olur. Bu vasitədən ilk dəfə 1895-ci ildə Kubanın azadlığı, müstəqilliyi uğrunda mübarizə zamanı istifadə olunduğu qeyd edilir. Bununla yanaşı, İspaniyada 1936-1939-cu illərdə baş vermiş vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunub.
Maraqlıdır, bəs nə üçün “Molotov” adlandırılıb?
Partlayıcı maddənin “Molotov kokteyli” adlandırılması II Dünya müharibəsi dövrünə təsadüf edir. Həmin vaxt Finlandiyaya qarşı hərbi əməliyyat həyata keçirən SSRİ paytaxt Helsinkini havadan bombalayırdı. Təbii ki, bu, beynəlxalq səviyyədə ciddi tənqidlərə səbəb olmuş və humanizmə zidd addım kimi dəyərləndirilmişdi. SSRİ xarici işlər naziri Vyaçeslav Molotov isə tənqidlərə cavab vermək üçün bəyanatla çıxış etmişdi. O qeyd etmişdi ki, SSRİ hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün “humanitar yardım paketləri” atır. Əlbəttə, bu fikir ciddi qarşılanmamışdı. Silah arsenalı zəif olan Finlandiyanın hərbi-siyasi elitası isə göstəriş vermişdi ki, ölkəyə girən SSRİ tanklarına “humanitar” cavab verilsin – onlara qarşı yanar şüşə butulkalardan istifadə edilsin. Beləliklə, “Molotov kokteyl”i adlandırılan yeni əl bombası - “silah növü” meydana çıxır.
Bəzi ölkələrin qanunvericiliyən əsasən “Molotov kokteyli”ndən istifadə qadağan edilib. Amma dünyanın müxtəlif guşələrində aksiyalar, qarşıdurmalar, müharibələr zamanı ucuz başa gələn və tez hazırlanan bu vasitədən istifadə edilir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

