Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılıb
19.03.2022 [15:32]
İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılıb.
"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında qərar imzalayıb.
Belə ki, işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil ediləcək məlumatlar daxil ediləcək:
Reyestrin I bölməsinə məlumatlar daxil ediləcək:
1. tikilinin yerləşdiyi rayon və yaşayış məntəqəsi (şəhər, kənd, qəsəbə);
2. tikilinin növü (fərdi yaşayış evi, qeyri-yaşayış binası, yaşayış binası və s.);
3. tikilinin məqsədli təyinatı (yaşayış, ticarət, istehsal, xidmət, abidə və s.);
4. tikilinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ünvanı (mövcud olduqda);
5. tikilinin yararlılıq vəziyyəti (yararlı, qismən yararlı və yararsız);
.6. tikilinin kateqoriyası (sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan)
7. tikilinin ümumi sahəsi;
8. tikinti sahəsi;
9. tikilinin mərtəbəliliyi (mövcud olduqda);
10. tikilinin fotoşəkilləri;
11. inventarlaşdırma nəticəsində tikiliyə verilən xüsusi, təkrar olunmayan inventar nömrəsi;
12. qeydlər.
Reyestrin 2-ci bölməsinə aşağıdakı məlumatlar daxil edilir:
Söküntü niyyətinə dair məlumatlar:
1. müraciət edən orqan (qurum);
2. müraciətin məzmunu;
3. müraciətin tarixi;
4. tikilinin söküntüsü ilə bağlı rəylər haqqında məlumatlar (sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu halda): - rəyləri təqdim edən orqan (qurum); - rəylərin təqdim edilmə tarixi; - rəylərin məzmunu (məqsədəuyğundur, məqsədəuyğun deyil);
5. söküntünün məqsədəuyğun olmaması barədə qeydiyyat orqanının məlumatı;
Tikilidə dəyişiklik niyyətinə dair məlumatlar:
1. müraciət edən orqan (qurum);
2. müraciətin məzmunu;
3. müraciətin tarixi.
Reyestrin 3-cü bölməsinə fərdi yaşayış evlərinə münasibətdə müvafiq dəyişikliklər və söküntü barədə məlumatlar, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə məlumatları, həmçinin söküntülər barədə məlumatlar daxil edilir.
Sökülməsi qadağan edilən tikililər kateqoriyasına aid edilmiş tikilinin sökülməsi ilə bağlı müraciətlər elektron informasiya resursu tərəfindən qəbul edilmir.
Bundan əlavə işğaldan azad olunmuş ərazilərdə tikililərlə bağlı həyata keçirilmiş dəyişikliklər və söküntü barədə məlumatların Reyestrə daxil edilməsi qaydası müəyyənləşib.
Belə ki,
Tikililərlə bağlı dəyişikliyin həyata keçirilməsini və söküntü işlərinin aparılmasını nəzərdə tutan dövlət orqanı (qurumu) (bundan sonra – qurum) dəyişiklik (məsələn, yenidənqurma, bərpa, təmir işləri) və söküntü niyyətinin Reyestrdə əks olunması məqsədilə elektron informasiya resursu vasitəsilə aşağıda qeyd olunan qaydada qeydiyyat orqanına müraciət edir:
tikilidə dəyişiklik niyyəti barədə məlumatın Reyestrə daxil edilməsi üçün qurum Reyestrdə tikilinin inventar nömrəsini seçir, daha sonra müvafiq müraciəti Reyestrin 2-ci bölməsinə (2.3.1-ci yarımbəndin 5-ci abzası istisna olmaqla) daxil edir;
müraciət söküntü işlərinin həyata keçirilməsi ilə bağlı olduqda qurum Reyestrə daxil olaraq, tikilinin inventar nömrəsini seçir, daha sonra əsaslandırılmış müraciəti Reyestrə daxil edir. Tikili söküntüsü mümkün olan tikili kateqoriyasına aid olduğu halda, həmin müraciət avtomatik qaydada qeydiyyat orqanına göndərilir.
Tikili sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu təqdirdə isə bu Əsasnamənin 3.1.2-ci yarımbəndində qeyd olunan müraciət elektron informasiya resursu vasitəsilə avtomatik qaydada Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazi üzrə fəaliyyət göstərən xüsusi nümayəndəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir.
Aidiyyəti qurumlar 3 (üç) iş günü müddətində öz rəylərini Reyestrə daxil edirlər. Rəylər aşağıda qeyd olunan məzmunlardan birində olmalıdır:
1. tikilinin sökülməsi məqsədəuyğun hesab olunur;
.2. tikilinin sökülməsi məqsədəuyğun hesab olunmur (səbəbi göstərilməklə).
4. Rəylərin hamısı müsbət olduğu təqdirdə, tikilinin sökülməsinin məqsədəuyğunluğu haqqında məlumat sistem tərəfindən avtomatik olaraq Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş göndərilir.
5. Rəylərdən bir və ya bir neçəsi mənfi olduqda isə qeydiyyat orqanı tərəfindən tikilinin sökülməsinin məqsədəuyğun olmadığı haqqında məlumat Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş (mənfi rəylər də əlavə olunmaqla) göndərilir. Rəy mənfi olduqda, qurum tərəfindən əlavə əsaslandırma təqdim edilməklə yenidən müraciət oluna bilər.
6. Fərdi yaşayış evlərinə münasibətdə dəyişikliklər, həmçinin söküntü işləri aparıldıqdan, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə sənədi alındıqdan və ya söküntü aparıldıqdan sonra bu barədə məlumatların Reyestrə daxil edilməsi üçün qurum Reyestrdə tikilinin inventar nömrəsini seçir, daha sonra müvafiq müraciəti Reyestrin 3-cü bölməsinə daxil edir.
7. Reyestrə daxil edilmə tarixləri müvafiq məlumatların sistemə işlənildiyi tarixə uyğun olaraq avtomatik qaydada verilir.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56

