Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkmənistan Azərbaycanla birgə komissiyanın heyətini təsdiqləyib

Türkmənistan Azərbaycanla birgə komissiyanın heyətini təsdiqləyib

01.04.2022 [12:47]

Azərbaycan ilə Türkmənistan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiyanın qonşu ölkə tərəfindən heyəti təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə Prezident Sərdar Berdiməhəmmədov hökumətin iclası zamanı müvafiq qərar imzalayıb.

Dövlət başçısı iki ölkə tərəfindən irimiqyaslı nəqliyyat logistika layihələrinin icrası, tranzit və ixracat potensialının üzə çıxarılması, işgüzar dairələr arasında əməkdaşlığın inkişafı, bütövlükdə, iki qardaş xalq arasında dostluğun daha da gücləndirilməsində sözügedən komissiyanın əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan ilə Türkmənistan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiyanın yaradılmasına dair müvafiq saziş 2018-ci il noyabrın 28-də Prezident İlham Əliyevin Aşqabada işgüzar səfəri zamanı imzalanıb.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30