AMEA-nın statusunun yüksəldilməsi, Ali Elm Şurasının yaradılması təklif edilir
27.04.2022 [12:37]
"Dövlətin elm siyasətini icra edən ali dövlət qurumu kimi AMEA-nın statusu yüksəldilməlidir".
"Report" xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında Kimya Elmləri Bölməsinin (KEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı akademiyanın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev deyib.
Onun sözlərinə görə, real təsirə və maliyyə imkanına malik, bilavasitə dövlət başçısının tabeliyində yaradılması məqsədəuyğun olan Ali Elm Şurası islahatlara rəhbərliyi, nəzarəti və məqsədli maliyyə dəstəyini təmin edə bilər.
“Elmə münasibət inkişaf etmiş ölkələrdə olduğu kimi praqmatik olmalıdır. Elmin gəlir gətirməsi üçün ona dövlət sifarişləri, elm-istehsalat simbiozları və xüsusi fondlar vasitəsilə sərmayə qoyulmalıdır. Laboratoriya nəticələri avtomatik olaraq inqilabi texnologiyalara çevrilmir. Bunun üçün maliyyə, səbr və vaxt tələb olunur. Elmi nəticələrin maliyyələşməsinə və tətbiqinə isə özəl sektor və biznes maraq göstərmir, hərçənd ki, ÜDM-un 80%-dən çoxu onların payına düşür. Müasir istiqamətlər üzrə gənc və perspektivli fəlsəfə doktorlarında stimul yaratmaq üçün AMEA-da adlı tədqiqat təqaüdləri proqramının təsis edilməsinə ehtiyac var. Elmlər doktoru dərəcəsinin nüfuzlu jurnallardakı məqalə və əsərlər külliyatına görə müdafiə prosedurunu keçmədən (xüsusən, təbiət elmləri və texnologiyalar sahəsində) verilməsi cavan fəlsəfə doktorlarının tədqiqatları davam etdirməsinə marağı və həvəsi artırar. AMEA əməkdaşlarının əmək pensiyalarının artırılması və optimal yaş həddinin tətbiq edilməsilə gənc elmi kadrların sayının artırılmasına köməklik edər”, - deyə akademik Dilqəm Tağıyev diqqətə çatdırıb.
O çıxışının sonunda bildirib ki, elm insan fəaliyyətinin xüsusi formasıdır və buna görə də elmə və elm adamlarına münasibət də xüsusi olmalıdır.
Məruzə dinlənildikdən sonra hesabat ətrafında çıxışlar olub, AMEA-nın Ümumi yığıncağının qərarı ilə bölmənin elmi müəssisə və təşkilatlarına müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30

