Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Litva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Litva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

16.05.2022 [11:41]

Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycana rəsmi səfərə gələcək.

“Report” xəbər verir ki, bu barədə Litva Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səfər zamanı iki ölkə arasında enerji və iqtisadiyyat sahəsində əməkdaşlığın, Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyətin, həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın müzakirə olunacağı planlaşdırılır.

Bundan başqa, Gitanas Nauseda Litva-Azərbaycan biznes forumunda iştirak edəcək, Azərbaycanın Baş naziri Əli Əsədovla görüşəcək.

Azərbaycandan sonra Litva Prezidenti Ermənistana səfər edəcək.

Paylaş:
Baxılıb: 1133 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31