Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yaponiyanın sabiq baş nazirinə hücum edilib, siyasətçi ağır yaralanıb

Yaponiyanın sabiq baş nazirinə hücum edilib, siyasətçi ağır yaralanıb

08.07.2022 [08:56]

Yaponiyanın Nara şəhərində ölkənin sabiq baş naziri Sindzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.

“Report” xəbər verir ki, bu barədə NHK agentliyi məlumat yayıb.

Bildirilib ki, Sindzo Abe xəsarət alıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.

Vurğulanıb ki, S.Abe huşsuz vəziyyətdə xəstəxanaya qaldırılıb.

Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.

Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub. 

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31