Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan QHT-lərinin sülhə çağırışı adlı tədbiri keçirilib
22.09.2022 [17:58]
22 sentyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan QHT-lərinin sülhə çağırışı adlı tədbiri keçirilib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı ilin yalnız bir gününün deyil, bütün günlərinin sülh içərisində yaşanmasının tərəfdarıdır. XIX əsrin əvvəllərində ərazilərimizə köçürülən ermənilərə yaşamaq üçün yer verən, humanistlik göstərən azərbaycanlılar əsrlərdir ki, yaxşılıqlarına qarşı yamanlıqlar görüblər. Ermənilər yerləşərək yurd saldıqları Azərbaycanın əzəli torpaqlarını münaqişə ocağına çeviriblər. Tarixin hər ziddiyyətli, mürəkkəb dönəmində öz məkrli niyyətlərini, uydurduqları, özlərindən başqa kimsənin inanmadığı xülyalarını reallaşdırmaq arzusuna düşüblər. Havadarlarından da təlimatlar, həmçinin hər cür yardımlar aldıqdan sonra Ermənistan ilk fürsətdə Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb, Azərbaycan xalqının başına min müsibətlər, fəlakətlər açıb. Xalqımıza qarşı qırğınlar, qətliamlar, terrorlar, soyqırımıları törədibdir. Lakin bu hadisələrin fonunda Azərbaycan bütün dönəmlərdə sülh carçısı olub, hər zaman sülhə çağırışlar edib, bir neçə onilliləklər ərzində işğal altında olan torpaqların məhz sülh danışıqları yolu azad edilməsinə üstünlük verib. A.Allahverənov qeyd edib ki, sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın, gələcək nəsillərin qorunması deməkdir, bütövlükdə gələcəyimizin zəmanətidir. Bütün müharibələr sülh ilə sona çatıb. Cəhalət nə qədər dağıdıcı olsa belə, sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir.
Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri –Radə Abbas, Rauf Zeyni, Telman Məmmədov, Müşviq Ələsgərli, Məhsəti Hüseynova, Sevinc Fədai, Rəsul Cəfərov, Əhməd Abbasbəyli, Ramil İsgəndərli bildiriblər ki, illərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Otuz ilə yaxındır ki, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırır.
Çıxışlardan sonra tədbir qarşılıqlı diskussiya şəkilində davam edib.
Azərbaycan QHT-ləri Beynəlxalq Sülh Günü münasibətilə müraciət qəbul ediblər.
Müraciətdə deyilir:
“21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri bütün dünyada sülhün bərqərar olmasını, bütün xalqların, dövlətlərin dostluq münasibətləri şəraitində yaşamasını istəyir, həmin prinsiplərə sadiqlik şəraitində bu yolda bütün səy və bacarıqlarımızı əsirgəmədiyimizi qeyd edirik.
Beynəlxalq Sülh Günü insanların sülh-əminamanlıq şəraitində yaşamaq hüququ ilə yanaşı, həm də insan hüquq və azadlıqlarının həyata keçirilməsini, eyni zamanda inkişafın, tərəqqinin və bəşəri təhlükəsizliyin təmin olunmasını özündə təcəssüm etdirir.
Azərbaycan xalqının əsas dəyərlərindən biri əsrlər boyu sülh və əminamanlıq şəraitində yaşamaq olub. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti qeyd olunub.
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkə ərazisinin 20 faizinin işğal olunması, Azərbaycan xalqına qarşı amansız qırğınların törədilməsi ilə nəticələnsə belə, son onilliklər dönəmində belə xalqımız sülhdə, birgə yaşayışda maraqlı olduğunu ifadə edib. 2020-ci ildə Ermənistan tərəfinin törətdiyi növbəti geniş hərbi təxribatlara cavab olaraq baş verən 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsinə və bu əsasda sülh qurucluğu prosesinin yeni müstəvidə məhz Azərbaycan tərəfindən başladılmasına səbəb olmuşdur. Təəssüf hissi ilə bəyan edirik ki, bu gün ölkəmiz sülh quruculuğu prosesində çox aktiv olsa da, Cənubi Qafqazda sülhün qorunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində səylər göstərsə də, qarşı tərəfin davranışında adekvat münasibət görmürük. Azərbaycanın sülh əlinin uzandığı bir şəraitdə Ermənistanın siyasi tribunalarından çıxışlar edən revanşist qüvvələr yenə də müharibə çağırışları edir və bu kimi davranışı ilə ölkəmiz sayəsində bölgədə əldə olunmuş kövrək sülhü yeni təhlükələrlə üz-üzə qoyur.
Bütün bunlara baxmayaraq biz, Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq ədalətli sülh quruculuğu prosesini dəstəkləyirik və Ermənistan Respublikası ilə sülh müqaviləsinin bağlanmasının hər iki xalqın gələcək inkişafı üçün yeganə yol xəritəsi olduğunu bəyan edirik”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44

