AAAF : Makronun fikirləri gerçəklikdən uzaqdır və tərəfsizlik prinsipini pozur
22.10.2022 [14:17]
“1000 nəfərdən çox azərbaycanlını (məzun və tələbə, tədqiqtçı, peşəkarlar, doktorantlar) özündə birləşdirən Azərbaycan Fransa Məzunları Assosiasiyası (AAAF) ictimai birliyi Fransa respublikasının Prezidenti Emmanuel Makronun bu yaxınlarda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi və France 2 kanalında oktyabrın 12-də yayımlanmış bəyənatı ilə bağlı öz narahatlığını ifadə edir”.
yeniazerbaycan.com xəbər verir ki, bu barədə AAAF-ın bəyanatında bildirilir.
AAAF hesab edir ki, Makronun fikirləri gerçəklikdən uzaqdır və tərəfsizlik prinsipini pozub.
“Fransa BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin (qət. n° 822, 853, 874 və 884) lehinə səs verib və həmin sənədlər Ermənistan silahlı birləşmələrinin işğal etdiyi ərazilərdən dərhal çıxarılmasını tələb edir. 30 ilə yaxın müddətdə bir milyona yaxın azərbaycanlı öz evlərindən qovulmuş və onlarla şəhərin və yüzlərlə kəndin işğal müddətində tamamilə dağıdılması səbəbindən bu günə kimi öz evlərinə qayıda bilmirlər. Bu gün Ermənistanın basdırdığı minalar qaçqınların normal dönüşünə və azad olunmuş ərazilərin bərpasına mane olur.
2020-ci ildə başlanmış sülh prosesi regionda davamlı sülhə gətərib çıxarmalı və bunun üçün 9 noyabr 2020-ci il tarixində götürülmüş öhdəliklərə zidd olaraq Qarabağ regionunda qalan Ermənistanın silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidir.
Hadisələrin birtərəfli təsviri qəbuledilməzdir. Biz müharibə zamanı cəbhədən yüz kilometr uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin Ermənistan tərəfindən bombalanması nəticəsində 100 nəfərə yaxın dinc sakinin, o cümlədən 13 azyaşlının qətlə yetirilməsini nəzərinizə çatdırırıq. 200 nəfərdən çox Azərbaycan vətəndaşı Ermənistanın basdırdığı minalar səbəbindən dünyasını dəyişib və erməni tərəfi bu gün də mina xəritələrini tam təqdim etmir.
İki ölkənin sülh sazişinə bu qədər yaxın olduğu bir ərəfədə, Fransa prezidentinin və bəzi fransız siyasi xadimlərinin mövqeyi prosesə daha da ziyan vurur. Eyni zamanda bu cür mövqelər Azərbaycan cəmiyyətində Fransanın imicinə və ikitərəfli münasibətlərə mənfi təsir göstərir.
AAAF Fransa siyasi rəhbərliyini çıxışlarında təmkinli, tərəfsiz və beynəlxalq hüquq prinsiplərinə hörmət etməyə çağırır”, bəyanatda deyilir.
Bəyanat Fransa Respublikasının Prezidenti Cənab Emmanuel Makrona, Fransa Milli Assambleyasına, Fransa Senatının üzvlərinə və Fransa Xarici İşlər nazirliyinə göndərilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

